“Tramp və Putinin şəxsi görüşü məsələsi çox güman ki, telefon danışığı zamanı gündəmə gələcək” Ağ Ev rəsmisi
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Martın 18-də Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən telefon danışığı zamanı şəxsi görüşün müzakirə ediləcəyi gözlənilir.
Redaktor.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, “Tramp və Putinin şəxsi görüşü məsələsi çox güman ki, telefon danışığı zamanı gündəmə gələcək”.
Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmisi isə bildirib ki, bu telefon danışığı iki ölkə arasındakı danışıqlarda “təbii növbəti addım”dır.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov, Putin və Trampın telefon danışığı zamanı iki ölkə arasındakı münasibətlərin normallaşması və Ukraynadakı vəziyyəti müzakirə edəcəklərini açıqlamışdı. Danışığın Moskva vaxtı ilə 16-18 saatları arasında baş tutacağı gözlənilir.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 Mart 2025 20:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















