Tramp və Si arasında danışıqlar dünyanın iki ən böyük iqtisadiyyatı arasında razılaşma ümidlərini artırıb
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ ilə Çin arasında ticarət danışıqlarının ikinci günü prezident Donald Tramp və prezident Si Cinpinq arasında “səmərəli görüş” üçün zəmin yaradır.
APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir bazar günü Vaşinqtonun Kuala-Lumpurda bildirib.
Onun sözlərinə görə, bu danışıqların olması dünyanın iki ən böyük iqtisadiyyatı arasında razılaşma ümidlərini artırıb.
Qeyd edək ki, ABŞ-ın Ticarət Nümayəndəsi Ceymison Qrir və Maliyyə Naziri Skott Bessent may ayından bəri beşinci dəfə üz-üzə keçirilən müzakirələr çərçivəsində Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının toplantısı kənarında Çinin vitse-premyeri Xe Lifenqlə görüşüblər. Hər iki tərəf ticarət müharibəsini yumşaltmağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 26 Oktyabr 2025 09:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















