Tramp və Zelenski Ukrayna AES lərinin ABŞ nin mülkiyyətinə verilməsi məsələsini müzakirə edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
ABŞ Ukraynaya atom elektrik stansiyalarının istismarında kömək edə bilər.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra yaydıqları birgə bəyanatda deyilir.
"Prezident Tramp Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyaları məsələlərini də müzakirə edib. O bildirib ki, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsindən istifadə edərək, bu stansiyaların istismarına böyük köməklik göstərə bilər. Bu stansiyaların ABŞ tərəfinə məxsus olması bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olacaq", - sənəddə deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 20 Mart 2025 03:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















