Tramp Xanı da qara siyahıya saldı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan ABŞ-ın quruma qarşı tətbiq etdiyi sanksiyaya məruz qalan ilk şəxs olub.
Axar.az xəbər verir ki, bu barədə "Röyters" mənbələrə istinadən məlumat yayıb.
Mənbə bildirib ki, Britaniya vətəndaşı olan Xanın adı, Trampın bir gün əvvəl imzaladığı sərəncamın hələ dərc olunmamış əlavəsində yer alıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsini Amerika və onun ən yaxın müttəfiqləri, əsasən də İsraili təqib etməkdə ittiham edərək, ona qarşı sanksiyaların tətbiqi haqqında fərman imzalayıb. Sənəddə bildirilir ki, amerikalılara və ya onların müttəfiqlərinə, habelə onların ailə üzvlərinə qarşı aparılan araşdırmalarda iştirak edən şəxslərə qarşı maliyyə və viza sanksiyaları tətbiq edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Fevral 2025 22:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















