Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək Kit Kelloq AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək.
"Report"un məlumatına görə, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq "Fox News" telekanalının efirində bildirib.
O, seçilmiş prezidentin inauqurasiya mərasiminə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini dəvət ediləcəyini istisna etməyib.
"O, belə bir şey etsəydi, təəccüblənməzdim. Bunu edə bilərmi? Təbii ki, edə bilər. O, belə cəsarətli addım ata bilər. Rusiya və Ukraynaya gəldikdə, həqiqətən, hər şeyin yaxın bir neçə ay ərzində həll olunacağına inanıram. Çünki o, bunu edə biləcək yeganə şəxsdir”, - Kelloq Trampın iki ölkənin prezidentlərini inauqurasiya mərasiminə dəvət edib, sonra isə münaqişənin həlli üçün onlarla danışıqlar aparmaq niyyətində olub-olmadığı sualına cavab verib.
Qeyd edək ki, Tramp noyabrın 27-də köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə Kelloqun namizədliyini irəli sürüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 14 Dekabr 2024 00:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















