Icma.az
close
up
RU
“Tramp yaxın zamanda Putinlə danışıqlara başlayacaq” “Bu qərara görə Baydenə minnətdar olmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

“Tramp yaxın zamanda Putinlə danışıqlara başlayacaq” “Bu qərara görə Baydenə minnətdar olmalıdır” AzPolitika onlayn siyasiictimai qəzet

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ-nin seçilmiş Prezidenti Donald Tramp yaxın vaxtlarda Ukraynadakı münaqişənin həlli üçün Vladimir Putinlə danışıqlara başlayacaq.

“AzPolitika” xəbər verir ki, bunu “Bloomberg”-in köşə yazarı Andreas Klut yazıb.

Müəllif iddia edib ki, Co Baydenin Ukraynaya “raket icazəsi” danışıqları çətinləşdirib: “Putin və Tramp tezliklə Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparacaqlar. Lakin hazırkı Prezident Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə Amerika raketlərini Rusiya ərazisinə atmağa icazə vermək qərarı Vaşinqtonun danışıqlardakı mövqelərini çətinləşdirib. Ona görə də Trampın hərəkətləri daha da çətin proqnozlaşdırılan olacaq”.

Klut əlavə edib ki, respublikaçıların milli təhlükəsizlik siyasəti “güc vasitəsilə sülh” prinsipinə əsaslanır. Buna görə də Baydenin qərarından yararlanan Tramp “Moskvaya təzyiq göstərməyə hazır ola bilər”.

Yazıda qeyd olunur ki, Co Bayden səlahiyyət müddətinin bitməsinə bir neçə həftə qalmış Ukraynaya Rusiyaya “ATACMS” raket zərbələri endirmək səlahiyyəti verməklə yeni seçilmiş Prezident Donald Trampa “kozır” təqdim edib.

Xüsusilə, Tramp Moskva ilə birbaşa danışıqlar aparılacağı təqdirdə Rusiya ərazisinə “ATACMS” raketlərilə hücum etmək icazəsindən istifadə edə bilər.

Yazıda bildirilir ki, bəzi analitiklərin fikrincə, “ATACMS” raketləri ilə Rusiya Federasiyasına hücumlara icazə verilməsi Baydenin ABŞ siyasətini müdafiə etmək cəhdinin bir hissəsidir. Bu səbəbdən Bayden administrasiyası Konqresin Ukraynaya ayırdığı 6 milyard dollarlıq yardımı sürətləndirir. Başqa bir izahat budur ki, Bayden “məşəli varisə ötürən prezident” kimi məsuliyyət daşıyır. Bu keçidin bir hissəsi olaraq Bayden Trampa gələcək sülh danışıqlarının bir hissəsi ola biləcək Ukrayna üstünlükləri şəklində seçimlər verir.

Öz növbəsində, Vladimir Putin ümid edir ki, Tramp zəifləmiş Ukraynanı qurban verəcək ki, Vaşinqton, Moskva və digər paytaxtlar dünyanı təsir dairələrinə bölə bilsinlər. Beləliklə, Bayden ukraynalıları gücləndirməklə Trampa Putini görüntü üçün üçün deyil, real danışıqlar aparmağa məcbur etməyə kömək edir. Qərb analitiklərinin fikrincə, Tramp belə bir qərara görə Baydenə minnətdar olmalıdır.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see157

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see152

ETX yeni podkast layihəsinə başlayıb

17 Yanvar 2026 15:34see147

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see145

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see140

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see131

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see127

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri