Icma.az
close
up
RU
“Tramp Zelenskini aşağılamaqdan həzz alır” Politoloq

“Tramp Zelenskini aşağılamaqdan həzz alır” Politoloq

Icma.az bildirir, Bakupost portalına istinadən.


“ABŞ Prezidenti Donald Tramp deyib ki, guya Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonun hazırladığı sülh planının məzmununu oxumayıb. Deyəsən, Tramp hər dəfə Zelenskini aşağılamaqdan həzz alır. Müharibə gedən və əraziləri işğal olunan ölkənin dövlət başçısı ona təqdim olunan sülh planını necə oxumaya bilər? Əgər həmin planı müharibəyə dəxli olmayan siyasətçilər və ekspertlər az qala lupa ilə oxuyublarsa, necə ola bilər ki, Zelenski ölkəsinin və bəlkə də özünün siyasi taleyini həll edə biləcək planı oxumasın?”.
Bakupost.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu sosial şəbəkədəki paylaşımında yazıb.
Politoloq qeyd edib ki, Trampın digər iddiasına görə, guya Zelenkisinin komandası sülh planından məmnun qalıb, Ukrayna Prezidenti isə məmnun qalmayıb: “Bu cümlədə də iki ziddiyyətli məqam var. Birincisi, Tramp bir tərəfdən deyir ki, Zelenski planı oxumayıb, o biri tərəfdən də vurğlayır ki, Ukrayna Prezidenti plandan məmnun qalmayıb. Demək, Zelenski planı oxuyub ki, sənəddən məmnun qalmayıb. İkincisi, Zelenski ilə yanaşı onun komanda üzvləri də Vaşinqtonun planından məmnun deyillər. Təsadüfi deyil ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski “Sky News” kanalına müsahibəsində Ukraynanın hər hansı ərazi güzəştini qəti şəkildə rədd edib. Sırski bildirib ki, Ukrayna üçün ədalətli sülh yalnız heç bir ilkin şərt olmadan və heç bir ərazi itirilmədən mümkündür. Onun sözlərinə görə, döyüşlər yalnız mövcud təmas xəttində dayandırıla bilər. Bu Sırskinin hamıya, o cümlədən Prezidenti Volodimir Zelenskiyə də mesajıdır ki, işğalçı Rusiyaya güzəştə getməsin”.
Elxan Şahinoğlu qeyd edib ki, Donald Trampın Zelenskini niyə hədəf seçməsi onun açıqlamasının sonrakı hissəsindən aydın olur: “Ağ Ev sahibi Rusiyanın Vaşinqtonun planından razı qaldığını iddia edib. Halbuki, Rusiya Prezidenti Vladimir Putin Hindistan nəşrinə verdiyi müsahibədə Trampın Moskvaya göndərdiyi nümayəndələrlə 5 saatlıq görüşü mənasız və vaxt itkisi kimi qiymətləndirib”.
Cavid, BakuPost
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 08 Dekabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri