Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

Tramp Zelenskini buna görə vurdu: Münhendə o sazişə imza atsaydı...

Tramp Zelenskini buna görə vurdu: Münhendə o sazişə imza atsaydı...

Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.

Musavat.com xatırladır ki, ABŞ və Rusiya arasında aparılan danışıqlardan sonra prezident Donald Tramp Ukrayna lideri Volodimir Zelenski ilə bağlı yeni açıqlamalar verib.

Tramp bildirib ki, “Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlarda iştirak etmək istəyirsə, seçki keçirməlidir. Zelenskinin ölkədə reytinqi isə cəmi 4 faizdir.”

Azərbaycanlı siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bu açıqlama birbaşa Rusiya prezidenti Vladimir Putinin tezisinin təkrarıdır.

O xatırladır ki, Rusiya lideri daha əvvəl Zelenskinin legitimliyini sual altına alaraq, onun prezident kimi mandatının bitdiyini bildirmişdi. Trampın bu mövqeyi isə Ukrayna liderinə açıq xəbərdarlıq kimi qiymətləndirilir – ya şərtləri qəbul et, ya da hakimiyyətini dəyişə bilərik.

ABŞ-ın Kiyevdən iki əsas tələbi

Asif Nərimanlı qeyd edir ki, Vaşinqtonun Ukraynaya qarşı əsas iki tələbi var:

1) Rusiya ilə atəşkəs sazişini qəbul etmək – ABŞ, Ukraynanı münaqişəni müəyyən şərtlər daxilində dondurmağa məcbur etmək istəyir.

2) Ukraynanın təbii sərvətləri ilə bağlı sazişə imza atmaq – Bu məsələ rəsmi olaraq ikinci planda görünsə də, Kiyevin gələcəyi üçün atəşkəs qədər strateji əhəmiyyət daşıyır.

Asif Nərimanlı bildirir ki, Zelenskinin Münhendə bu sazişə imza atmaması Vaşinqtonda ciddi narazılıq yaradıb. Bu səbəbdən də fevralın 14-də ABŞ-ın vitse-prezidenti Vens ilə Zelenskinin görüşü 7 saat gecikib.

Münhendə Kiyevə ultimatum verildi

Siyasi şərhçinin sözlərinə görə, Münhendə Ukraynanın qarşısına açıq şərt qoyulub: “Vens ilə görüşüb sülh danışıqlarını müzakirə etmək istəyirsinizsə, əvvəlcə bu sazişi imzalayın”.

Kiyev kompromis əldə etmək üçün sazişə düzəlişlər etsə də, Vaşinqton bütün dəyişiklikləri rədd edərək, yalnız ilkin sənədə imza atılmasını tələb edib. Zelenski isə buna razılaşmayıb.

Daha sonra Vens ilə görüş baş tutub və tərəflər layihəni yenidən müzakirə etmək barədə razılığa gəliblər.

Sazişin detalları: Ukrayna üçün təhlükəli bəndlər

Asif Nərimanlıya görə, bu saziş ABŞ-ın Ukrayna üçün “xoşagəlməz sürpriz” hazırladığı ehtimalını gücləndirir. Sazişdə aşağıdakı məqamlar yer alıb:

- Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülməlidir.

- ABŞ, Ukraynanın qiymətli metalları ilə yanaşı, neft-qaz sektoruna da şərik olmaq istəyir.

- Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti vermək əvəzinə, “Amerika investisiyasının olması kifayətdir” tezisini irəli sürür.

Bu şərtlər Ukraynanın iqtisadi suverenliyini təhlükə altına atır və ölkənin əsas resurslarının Vaşinqtonun nəzarətinə keçməsi riskini artırır.

Trampın səsləndirdiyi iki təhlükəli məqam

Asif Nərimanlı Trampın dilə gətirdiyi iki əsas təhlükəli məqamı vurğulayır:

- Ukrayna sərvətlərindən 500 milyard dollar gəlirin əldə edilməsi ilə bağlı iddia – Bu, ABŞ-ın Ukrayna iqtisadiyyatını tam nəzarətə götürmək istəyinin göstəricisidir.

- ABŞ-ın Ukraynaya verdiyi yardımların geri qaytarılması tələbi – Tramp “350 milyard dolların necə xərcləndiyi” məsələsini gündəmə gətirərək, Ukraynanın təbii sərvətlərinin bu borcun ödənilməsinə yönəldilməsini tələb edə bilər.

Bu yanaşma Ukraynanın müstəqil dövlət kimi idarəçiliyini məhdudlaşdırır və onu həm iqtisadi, həm də siyasi baxımdan ABŞ-ın tam nəzarətinə salır.

Trampın Zelenskiyə hücumunun arxasında duran məqsədlər

Asif Nərimanlı bildirir ki, Trampın Zelenskini hədəfə almasının əsas səbəbləri bunlardır:

- Zelenskini ABŞ-ın şərtlərini qəbul etməyə məcbur etmək – Vaşinqton açıq mesaj verir: “Sən bizim müəyyən etdiyimiz şərtləri qəbul etməsən, hakimiyyətini itirə bilərsən”.

- Ukraynanın təbii sərvətlərini ələ keçirmək – ABŞ, Ukraynanı iqtisadi baxımdan asılı vəziyyətə salaraq, onun əsas resurslarına nəzarəti ələ keçirmək istəyir.

- Rusiya ilə mümkün geosiyasi razılaşmaya zəmin yaratmaq – Tramp administrasiyası Ukrayna məsələsini ABŞ-Rusiya münasibətləri çərçivəsində həll etmək üçün Zelenskiyə təzyiq göstərir və onu siyasi səhnədən kənarlaşdırmağa çalışır.

Asif Nərimanlı bu vəziyyətin Ukrayna üçün yeni təhlükələr yaratdığını vurğulayır. Bir tərəfdən Kiyev Rusiya ilə müharibəni davam etdirir, digər tərəfdən isə ABŞ-ın iqtisadi və siyasi basqısı ilə üzləşir.

Əgər Zelenski Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməsə, Tramp administrasiyası Ukrayna hakimiyyətini dəyişdirmək üçün müxtəlif siyasi və iqtisadi vasitələrdən istifadə edə bilər.

Bu isə Ukrayna üçün “Rusiya əraziləri, ABŞ sərvətləri ələ keçirmək istəyir” riskini artırır. /musavat.com/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri