Tramp Zelenskinin tənqidlərinə cavab verib
Icma.az, Azertag saytına istinadən bildirir.
Vaşinqton, 10 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə neft razılaşmasının müharibəni uzadacağı barədə tənqidlərinə münasibət bildirib.
AZƏRTAC xəbər verir ki, jurnalist Trampdan Zelenskinin bu razılaşmanı zəif addım kimi qiymətləndirməsinə münasibətini soruşub.
“Biz güclü tərəfdaşıq. Dünyanın neftə ehtiyacı var. Buna görə də dizel yanacağı əldə etməkdən çox məmnunuq”, – deyə ABŞ Prezidenti cavab verib.
O, razılaşmaya görə Rusiya Prezidenti Vladimir Putinə təşəkkür edib.
“Rusiya ilə bağlanmış neft sazişi çox əhəmiyyətlidir. Bu, ölkəmizə külli miqdarda neftin daxil olması deməkdir”,- deyə Tramp vurğulayıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 10 Oktyabr 2026 02:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















