Icma.az
close
up
RU
Trampa üç variant təklif olunub “Onun səbri tükənib”

Trampa üç variant təklif olunub “Onun səbri tükənib”

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı təklif olunan üç sanksiya variantını nəzərdən keçirib və orta səviyyəli variant üzərində qərarlaşıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) öz mənbələrinə istinadla məlumat yayıb.

Nəşr qeyd edib ki, ən sərt variant Rusiya sənayesinin əsas sektorlarını və yüksək vəzifəli məmurları hədəf alıb. Məqalədə deyilir ki, orta seçim Rusiyanın enerji sektorunu, ən yüngül variant isə "məhdud tədbirləri" əhatə edirdi. Tramp orta variantı seçib.

Nəşrin məlumatına görə, Trampın qərarı Dövlət katibi Marko Rubio və Pentaqon başçısı Pit Heqset tərəfindən dəstəklənib.

Maliyyə naziri Skott Bessent sanksiyaları Rusiya Prezidentinin Ukrayna danışıqlarında "dürüst və açıq" olmaması ilə əlaqələndirib.

Tramp daha öncə Rusiyadan sülhə doğru heç bir addım görmədiyini demişdi: "Hər dəfə Putinlə danışanda yaxşı söhbətlər edirəm və sonra bu, heç bir nəticə vermir". WSJ mənbələrinə istinadla yazıb ki, “Trampın səbri tükənib".

Bu arada Rubio vurğulayıb ki, sanksiyalar Ağ Evin əsas məqsədini - Moskvanı danışıqlar masasına gətirmək məqsədini dəyişməyib: "Biz yenə də ruslarla görüşmək istərdik. Prezident aylardır dəfələrlə bildirib ki, əgər sülh müqaviləsi üzrə irəliləyiş əldə etməsək, bir məqamda nəsə etməli olacaq. Bu gün onun nəsə etmək qərarına gəldiyi gün idi".

Putin isə dünən deyib ki, yeni məhdudiyyətlər Rusiya üçün "müəyyən nəticələrə" səbəb olacaq, lakin onun iqtisadi rifahına əhəmiyyətli dərəcədə təsir göstərməyəcək. Tramp cavab olaraq deyib ki, ABŞ-nin Rusiyaya qarşı yeni sanksiyalarının təsiri altı ay ərzində aydın olacaq: "Onun (Putinin-red.) belə düşündüyünə şadam. Altı aydan sonra görəcəyik."

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 24 Oktyabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see491

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see382

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see359

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see270

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see256

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see255

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see250

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see246

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see238

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see229

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see228

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see225

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see219

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see218

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see206

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see201

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see198

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see184

Məşhur aktrisa film çəkilişi zamanı nənəsinin ölüm xəbərini aldı

01 Noyabr 2026 02:47see183

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri