Icma.az
close
up
RU
Trampdan Azərbaycanda işləmiş şəxslə bağlı qərar Plan nədir?

Trampdan Azərbaycanda işləmiş şəxslə bağlı qərar Plan nədir?

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp hind əsilli ekspert Pol Kapuru dövlət katibinin Cənubi Asiya üzrə müavini vəzifəsinə irəli sürüb. Pol Kapur yeni vəzifəsində Donald Lunu əvəz edəcək. Donald Lu vaxtilə ABŞ-ın Azərbaycandakı səfirliyində də çalışıb, təxminən bir il ərzində səfiri əvəz edib, müvəqqəti işlər vəkili olub. Donald Lunun hazırki vəzifədə səlahiyyət müddəti 17 yanvar 2025-ci ildə bitib.

Turkustan.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

O bildirib ki, Pol Kapur Cənubi Asiya üzrə mütəxəssis sayılır:

“Məşhur Stenford Universitetinin nəzdindəki Huver İnstitutunun aparıcı əməkdaşıdır. Onun təhqiqat sahəsinə Əfqanıstan, Banqladeş, Butan, Hindistan, Qazaxıstan, Maldiv, Nepal, Pakistan, Şri-Lanka, Tacikistan, Türkmənistan və Özbəkistan daxildir. Kapur 2020-2021-ci illərdə Dövlət Departamentinin Cənubi və Mərkəzi Asiya, o cümlədən Hind-Sakit okean bölgəsi, ABŞ-Hindistan münasibətlərinin siyasətini müəyyənləşdirən planlaşdırma şöbəsində çalışıb. Kapur ABŞ Müdafiə Nazirliyi üçün də bu mövzularda hesabatlar hazırlayıb. Maraqlıdır ki, Tramp hind əsilli ekspertin mühüm vəzifəyə namizədliyini Hindistanın Baş naziri Narendra Modi ilə görüşdən sonra irəli sürüb. Pol Kapur ABŞ-ın Hindistanla sıx tərəfdaşlığını dəstəkləyir, Pakistanın siyasətinə isə münasibəti tənqididir. Bu baxımdan Kapurun dövlət katibi və prezident üçün hazırlayacağı hesabatlar ABŞ-Pakistan münasibətlərinə təsir edə bilər”.

Politoloq yeni təyinatın pərdəarxasını açıqlayıb:

“Tramp administrasiyası Cənubi və Mərkəzi Asiya bölgəsi ilə əməkdaşlığa diqqəti azaltmayacaq. Dövlət katibinin bölgə üzrə keçmiş müavini Donald Lu tez-tez bölgəyə səfər edərək, Mərkəzi Asiya ölkələrinin ABŞ-la müxtəlif sahələrdə əməkdaşlıq imkanlarını araşdırırdı. Məhz Donald Lunun təklifi ilə dəyəri 25 milyon dollar olan “Mərkəzi Asiya İqtisadi Davamlılıq Təşəbbüsü” irəli sürülmüşdü. Aydındır ki, Donald Tramp bu cür layihələri maliyyələşdirməyəcək. Eyni zamanda dövlət katibinin yeni müavini Pol Kapur ABŞ-ın bölgədə maraqlarının təmin edilməsi və Amerikaya gəlir gətirəcək ortaq layihələrin reallaşdırılması imkanlarını araşdıracaq. Bu çərçivədə Tramp administrasiyasının Cənubi və Mərkəzi Asiya ölkələrinə hərbi texnika satışı da mümkündür.

Vaşinqton Pol Kapur vasitəsilə Çini Cənubi və Mərkəzi Asiyada sıxışdırmaq üçün yollar arayacaq”. /globalinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri