Trampdan İrana sərt XƏBƏRDARLIQ: "60 gün ərzində..."
Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Memorandumda qeyd olunan yekun razılaşma 60 gün ərzində əldə olunmasa, ABŞ İrana qarşı hərbi əməliyyatlara yenidən başlayacaq".
Bakupost.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Fransanın Evian şəhərində keçirilən mətbuat konfransında bildirib.
"Razılaşma tam istədiyimiz kimi oldu. İranla razılığa gələ bilməsəydik, onları daha iki il bombalaya bilərdik. Əgər 60 gün ərzində razılıq əldə olunmasa, yenidən bombardmana başlayacağıq", - deyə Tramp qeyd edib.
Anlaşma memorandumunun bir nüsxəsini İsrailə də göndərdiklərini bildirən ABŞ prezidenti vurğulayıb: "Netanyahu bəzən bir az həddindən artıq həyəcanlanır, lakin o, yaxşı tərəfdaşdır. İsrail "Hizbullah" məsələsində daha yaxşı nəticə göstərə bilərdi".
Tramp İranla əldə olunan anlaşma memorandumunun yekun razılaşma olmadığını qeyd edərək xəbərdarlıq edib: "Əgər gedişatdan məmnun qalmasam, hərbi əməliyyatları yenidən bərpa edəcəyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 17 İyun 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















