Trampdan İrana xəbərdarlıq: “Yenidən hücuma hazırıq”
Icma.az, Turkstan.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün yeni hücumlarla bağlı açıqlamasında son əməliyyatları “çox ağır hücum” adlandırıb.
Turkustan.az xəbər verir ki, o,İranın radar və raket sistemlərini, eləcə də mina yerləşdirmə imkanlarını yenidən bərpa etməyə çalışdığını iddia edib.
Tramp bildirib ki, ABŞ qüvvələri İranın Hörmüz boğazı ətrafında qurmağa çalışdığı yeni hərbi avadanlıqları məhv edib. Onun sözlərinə görə, hədəflər arasında radar və raket sistemləri, həmçinin mina yerləşdirmə imkanları olub.
ABŞ Prezidenti İranın bu hərbi imkanları yenidən qurmağa çalışdığını vurğulayıb və Vaşinqtonun buna qarşı yeni zərbələr endirə biləcəyini bildirib.
Tramp İran xalqının üzləşdiyi vəziyyəti başa düşdüyünü də deyib. MKİ əməkdaşlarının İrana göndərilib-göndərilməyəcəyi ilə bağlı suala isə o, bunun barədə danışmağın uyğun olmayacağını bildirib.
O, həmçinin İran rejiminin getdikcə zəiflədiyini iddia edib
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:127
Bu xəbər 03 Sentyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















