Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

TRAMPDAN İSRAİLƏ DUR ƏMRİ... Ağ Ev Netanyahunun xain niyyətini rədd etdi AzPolitika onlayn siyasiictimai qəzet

TRAMPDAN İSRAİLƏ DUR ƏMRİ... Ağ Ev Netanyahunun xain niyyətini rədd etdi AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son bir həftə ərzində İsraillə bağlı baş verən iki mühüm hadisəyə diqqət yetirək. Bunlardan birincisi general Yakob Nagelin rəhbərlik etdiyi Nagel Komitəsinin hesabatıdır. İkincisi isə yəhudi əsilli araşdırmacı Cefri Saksın Netanyahu haqqındakı sərt çıxışı və bu çıxışın Donald Trampın sosial media hesabında paylaşılmasıdır.

Nagel Komitəsinin İsrail dövləti üçün hazırladığı rəsmi hesabatda İsraillə Türkiyə arasında qaynar müharibə ehtimalının böyük olduğu vurğulanır.

Hesabatda yazılıb: ˝Türkiyənin Suriyada yerləşməsi İsrail üçün İrandan daha təhlükəlidir. Türkiyə İsraillə qonşu olur və iki dövlətin silahlı qüvvələri arasında qaynar çatışma ehtimalı çox yüksəkdir. İsrail müdafiə xərclərini artırmalı, yeni qarşıdurmaya hazırlaşmalıdır˝.

Əsəd rejiminin devrilməsinə qədər olan dövrdə yəhudi dövləti özünün sərt yayılmaçı siyasətini, ağına-bozuna baxmadan, istədiyi şəkildə aparırdı və qarşısında hər hansı güc görmürdü. Tükiyənin bir anda Suriyaya və tədricən də Livana yerləşməsi isə İsrail yayılmaçılığının çırpılacağı divar halına gəlir.


Eyni zamanda, ˝Yerusəlim Post˝ qəzetindəki məlumata görə, müdafiə naziri İsrail Kats hökumət nümayəndələri ilə birlikdə qapalı toplantı keçirib. Toplantıda Türkiyənin və yeni Suriya iqtidarının təsirini azaltmaq üçün Suriyanı etnik vilayətlərə bölmə planlarını dəstəkləmək qərarı alınıb.

Gələk Cefri Saksın Netanyahu haqqındakı sərt çıxış edib: ˝ABŞ-nin İraqı işğal etməsinin əsas tətikçisi Netanyahudur. O, “Həmas”ı və “Hizbullah”ı sıradan çıxarmaq üçün bu təşkilatları dəstəkləyən dövlətləri, yəni İraq, Suriya və İranı sıradan çıxarmağın şərt olduğunu irəli sürürdü. Amerika siyasətinə ciddi təsiri olduğu üçün İraqda və Suriyada baş verən bu qanlı müharibələrin meydana gəlməsində Netanyahu ciddi rol oynadı. İndi də ABŞ-ni İranla müharibəyə sürükləyir”.

C.Saksın söylədiklərinin həqiqətə nə dərəcədə uyğun olduğunu bilmirik. Önəmli olan bu söyləntiləri Trampın paylaşmasıdır. Saksın dediklərini paylaşırsansa, deməli onun fikirlərini bölüşürsən və ən əsası, həmin çıxışı Netanyahu və İsrailə qarşı yönəldirsən.


ABŞ trilyonlarla dollar para xərclədi, İraqı işğal etdi və İsraili İraq BAAS rejiminin təhdidlərindən azad etdi.

Digər tərəfdən, Tramp Suriyadan çəkilmək istəyir, Netanyahu və yəhudi lobbisi Pentaqon üzərindəki təsir imkanlarından istifadə edərək ABŞ əsgərlərinin bu ölkədən çıxarılmasını əngəlləyir. Və nəhayət, İsrail və yəhudi lobbisinin basqıları ilə Ağ Ev İranı bombalamağa hazırlaşır. Nə baş verir? ABŞ özünün deyil, İsrailin maraqlarındanmı çıxış edir?

İndi də Nagel Komitəsi ˝Əsas düşmənimiz Türkiyədir˝ deyir. İsrailin Türkiyəyə güc gələ biləcək potensialı yoxdur. Belə çıxır ki, yəhudi dövləti indi də ABŞ-ni Türkiyə ilə üz-üzə gətirmək istəyir. Bu mümkünmü? Zənnimcə yox.

Uzun illərin müşahidələri göstərir ki, ABŞ İsrailin deyil, hər zaman özünün milli maraqlarından çıxış edib və tam əksinə, yəhudi dövlətini özünün regiondakı maraqları üçün platsdarma çevirib. Amerikalılar İraqı işğal etsələr də bu dövləti İsrail düşməni olan İranın nəzarətinə verdilər. Üstəlik, Ağ Ev Əsəd rejimli Suriyanın İranın uzantısı halına gətirilməsinə göz yumdu. Nəticədə ˝Şiə hilalı˝ İraq və Suriya üzərindən Livana, yəni İsrail sərhədinə qədər uzandı, İran proksiləri on illər boyunca İsrail şəhərlərini raket yağmuruna məruz qoydular.

İranın yeritdiyi İsrail düşmənçiliyi və məzhəb düşmənçiliyi projeləri ABŞ üçün həyati dərəcədə əhəmiyyətli olub. Bu projelərin yürüməsi dövlətləri və məzhəbləri üz-üzə qoyub, Ağ Ev isə ˝parçala və hökm et˝ prinsipi ilə regionu nəzarətdə saxlayıb. Başqa sözlə, İranın ABŞ ilə “paslaşaraq” on illər boyunca yürütdüyü hər iki proje ABŞ üçün regionu nəzarətdə saxlayan ən əhəmiyyətli alət rolunu oynayıb, İsrail üçünsə ölüm və təhdid makinasına çevrilib. Yəni, Ağ Ev sözdə İsrailin təhlükəsizliyi məsələsini qabartsa da, əməldə hər zaman özünün milli maraqlarını qoruyub və yəhudi dövlətindən ABŞ maraqlarına xidmət edən proksi dövlət kimi istifadə edib.

Bu gün nə baş verir? İsrail Nagel Komitəsinin dili ilə Türkiyəni hədəf göstərir. Tramp isə Cefri Saksın dili ilə ˝Bizim öz maraqlarımız var, sizin üçün müharibə etməyəcəyik˝ cavabını verir.


Dünya sürətlə dəyişir, ABŞ-nin qarşısında, başda Çin olmaqla, çox böyük təhdidlər var. Belə mürəkkəb vəziyyətdə qüdrətli regional güc olan Türkiyəni də qarşısına almaq əsla Ağ Evin işinə yaramaz.

İsrail isə tutduğunu buraxmır. Son həftə ərzində İsrail XİN öz rəsmi səhifəsində “Böyük İsrail” xəritəsini yenidən paylaşıb. İsrailin Türkiyəni aşaraq genişlənmə şansı yoxdur və yəhudi dövləti bu işi Ağ Evin əli ilə görmək istəyir. Tramp isə Cefri Saksın çıxışını paylaşaraq ˝Dur, bu mümkünsüzdür˝ siqnalını verir.

İsrailin genişlənmə planlarının ˝divara çırpılması˝ Böyük Orta Doğuda keyfiyyətcə yeni situasiyanın yaranması deməkdir. İsrail üçün acı olan bu yeni reallığı Tel- Əviv hakimiyyəti nə qədər tez anlayacaqsa, region da o qədər tez rahatlanacaq.

Namiq Bilal

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri