Trampdan Netflixə ÇAĞIRIŞ: ... işdən çıxarılmalıdır, yoxsa...
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ prezidenti Donald Tramp "Netflix" şirkətini direktorlar şurasının üzvü, Barak Obama administrasiyasında milli təhlükəsizlik üzrə sabiq müşavir olmuş Syuzan Raysı vəzifəsindən azad etməyə çağırıb.
Bakıvaxtı.az xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
Tramp vurğulayıb ki, “Netflix" ona qarşı mübarizəyə aludə olmuş Syuzan Raysı mütləq işdən çıxarmalıdır.
Onun sözlərinə görə, Rays öz vəzifəsində qalsa, şirkət fəsadlarla üzləşə bilər.
"Netflix" irqçi, Tramp əleyhinə olan Syuzan Raysı dərhal işdən çıxarmalıdır, yoxsa onlar fəsadlarla üzləşəcəklər", - Tramp yazıb.
Ağ Evin sahibi qeyd edib ki, onun heç bir istedadı və ya bacarığı yoxdur:
"Onun gücü yoxa çıxıb və heç vaxt geri qayıtmayacaq. Ona nə qədər pul ödənilib və nə üçün".
Baxış sayı:109
Bu xəbər 22 Fevral 2026 07:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















