Trampdan Putinə daha bir jest: Rusiyanın qaçaqmalçı neft tankerini geri qaytardı...
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Tramp administrasiyası Rusiyanın gizli neft qaçaqmalçılığıyla məşğul olan "kölgə donanması"ndan ələ keçirilmiş tankeri Venesuelaya qaytarıb.
Moderator.az "Fokus" nəşrinə istinadla xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Tramp administrasiyası bu ilin yanvar ayında ələ keçirilmiş Rusiyanın "kölgə donanması"ndan Venesuelaya bir tankeri qaytarıb. Bu, belə bir qaytarışın ilk məlum nümunəsidir.
ABŞ-ın Venesuelaya qaytardığı gəmi Panama bayrağı altında üzən "supertanker" olan "M/T Sophia"-dır. Bu haqa anonimlik şərti ilə danışan rəsmilər "Reuters" agentliyinə danışıblar.
Tramp administrasiyasının ələ keçirilmiş gəmini qaytarma səbəbləri məlumat dərc olunduğu vaxt açıqlanmayıb.
"M/T Sophia" 7 yanvarda neft daşıyarkən ələ keçirilib. Daha sonra Tramp administrasiyası gəminin "vətəndaşlığı olmayan, sanksiyalı kölgə donanması tankeri" olduğunu açıqlayıb.
Bir mənbə bildirib ki, həmin vaxt göyərtədə neft olub-olmadığını bilmirlər.
ABŞ Daxili Təhlükəsizlik katibi Kristi Noem bu gəminin və başqa bir tankerin ələ keçirilməsini rəsmi olaraq təsdiqləyib. Məlumata görə, bunlar ABŞ-ın Venesuela neftinə qoyduğu embarqonu pozan "xəyal gəmilər" olub.
Baxış sayı:106
Bu xəbər 29 Yanvar 2026 08:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















