Trampdan Rusiyaya yeni sanksiya 500 faiz rüsum tətbiq olunacaq
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan iki partiyanın dəstəyi ilə hazırlanmış yeni qanun layihəsinə “yaşıl işıq” yandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem “X” sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi artıq gələn həftə Nümayəndələr Palatasında səsverməyə çıxarıla bilər.
Lindsi Qrem bildirib ki, bu qərar vaxtında qəbul olunub, çünki Ukrayna sülh naminə güzəştlərə gedir, Rusiya Prezidenti Vladimir Putin isə hərbi əməliyyatları davam etdirir və nəticədə günahsız insanlar həlak olur.
Senatorun sözlərinə görə, sözügedən qanun layihəsi Prezident Trampa Rusiyadan ucuz qiymətə neft alan və bununla da, Putinin hərbi maşınını qidalandıran ölkələri cəzalandırmaq imkanı verəcək. O vurğulayıb ki, yeni sanksiyalar Rusiyanın enerji daşıyıcılarının ixracından əldə etdiyi gəlirlərin azaldılmasına yönəlib.
Qanunvericilərin baxdığı sənəddə Rusiyadan neft, qaz, uran və neft məhsulları alan ölkələrdən idxala 500 faiz həcmində gömrük rüsumlarının tətbiqi nəzərdə tutulur.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Trampdan Rusiyaya növbəti sanksiya xəbərdarlığı...
30 Mart 2025 18:48
Trampdan Rusiyaya qarşı yeni rüsum planı
15 İyul 2025 09:18
Trampdan Rusiyaya böyük SANKSİYA HƏDƏSİ: “...vaxtı yetişib”
23 Oktyabr 2025 07:26
Trampdan Rusiyaya XƏBƏRDARLIQ
14 Avqust 2025 02:16
Trampdan Rusiyaya şok: yeni məhdudiyyətlər...
07 Mart 2025 18:59
Baxış sayı:53
Bu xəbər 08 Yanvar 2026 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















