Icma.az
close
up
RU
Trampdan sensasion XƏBƏRDARLIQ ABŞ bu ölkəyə hücuma hazırlaşır

Trampdan sensasion XƏBƏRDARLIQ ABŞ bu ölkəyə hücuma hazırlaşır

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Deyəsən Venesuela prezidenti Nikolas Maduronun da başı üzərini artıq qara buludlar almağa başlayır.
Belə ki, narkotik ticarətinə qarşı mübarizə adı altında ABŞ Prezidenti Donald Tramp son zamanlar Venesuelaya təzyiq yolunu tutub.
Son məlumatlara görə, Tramp ABŞ ordusunun Venesuelaya hücuma hazırlaşdığını da elan edib.
Tramp bəyan edib ki, Amerika ordusu Venesuelada narkotik kartelləri ilə əlaqəli quru hədəflərə zərbələr endirməyi nəzərdən keçirir.
O, Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patel ilə birgə mətbuat konfransında müxbirin sualına cavab olaraq bəyan edib ki, artıq quru hədəflərə zərbə məsələsini müzakirə edirlər.
“The New York Times” isə ABŞ administrasiyası rəsmilərinə istinadən yazır ki, Tramp administrasiyası MKİ-yə prezident Nikolas Maduroya qarşı gücləndirilmiş kampaniya çərçivəsində Venesuelada gizli əməliyyatlar keçirməyə icazə verib.
 

Qeyd edək ki, Venesuela dünyanın ən böyük neft ehtiyatlarına sahibdir. Bu ölkənin neft ehtiyatlarının 300 milyard barel olduğu ehtimal edilir. Bəzi ekspertlər ABŞ-ın məhz bu ehtiyatları nəzarətə götürmək üçün Maduronu hakimiyyətdə devirməyi planlaşdırdığı qənaətindədirlər.


Belə olan halda, ABŞ iqtisadi gücünü daha da artıra bilər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında siyasi şərhçi Abutalıb Səmədov ABŞ-ın Venesuelada quru əməliyyatlara başlayacağı ehtimalını yüksək hesab edir:
“Prezident Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə(MKİ) Venesuela ərazisində gizli əməliyyatlar keçirmək tapşırığı verib. Eyni zamanda, quru əməliyyatların ola biləcəyini də istisna etməyib. Tramp ABŞ ordusunun Venesuelanl işğal etməsi ehtimalının mümkünlüyündən də danışıb. Hadisələrin gedişi göstərir ki, Trampın belə bir addım atması ehtimalı çox yüksəkdir”.
“ABŞ-ın Venesuelaya hücumunun dünya iqtisadiyyatında böhran yaratmayacaq”.
Həmsöhbətimiz qeyd edir ki, Venesuelaya hücumun dünya iqtisadiyyatına ciddi təsirləri olmayacaq:
“Bu addım atılarsa sözsüz müxtəlif nəticələr törədəcək. Venesuela böyük neft ehtiyatlarına malik dövlətdir. Lakin bu ölkə hazırda sutkalıq cəmi 1 milyon barrel neft çıxarır. Yəni dünya neft bazarında Venesuelanın payı 1 faizdən də azdır. Ona görə də Venesuelaya hücum olarsa da belə, bu ölkənin dünya iqtisadiyyatına ciddi təsir göstərmək imkanı yoxdur. Sadəcə olaraq, neftin qiyməti müəyyən qədər arta bilər. Amma həmin proses də uzun çəkməyəcək. Bu səbəbdən Venesuelaya qarşı ABŞ-ın atacağı addımlar dünyada hansısa bir böhran yaratmayacaq”.
Maduronun hakimiyyəti devriləcək.
Ekspertin fikrincə, proses Venesuelada hakimiyyət dəyişikliyinə səbəb olacaq:
“Venesuelada hakimiyyət dəyişəcək. ABŞ-ın Venesuelaya hücum etmək niyyəti də əslində ərazinin işğalı ilə bağlı deyil, hakimiyyətin dəyişməsinə hesablanıb. Çünki Vaşinqton və bir sıra digər dövlətlər Maduronun hakimiyyətini tanımır. Venesuelanın isə ABŞ qoşunları qarşısında dayanmağa gücü çatmayacaq”.
Rüfət Sultan, Bizim.Media 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri