“Trampı öldür!”: Ağ Evin yaxınlığında “başında səslər olan” miqrant saxlanıldı
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Ağ Evin yaxınlığında ABŞ Prezidenti Donald Trampı öldürməklə hədələyən şübhəli saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı ABŞ Daxili Təhlükəsizlik Departamentinə istinadla məlumat yayıb.
Məlumatda deyilir ki, məxfi xidmət əməkdaşları cümə axşamı şübhəlinin Vaşinqtonda Konstitusiya prospektində saxladığı avtomobilində şübhəli hərəkətlər etdiyini gördükdən sonra ona yaxınlaşıblar.
Şübhəli polisə başında səslər eşitdiyini və ona Vaşinqtona getməyi və Trampı öldürməyi əmr etdiyini bildirib.
Daha sonra hüquq-mühafizə orqanları avtomobilin oğurlandığını aşkar ediblər.
Həmçinin, şübhəli avtomobildə silah olduğunu etiraf edib.
Polis əməkdaşları saxlanılan şəxsdən üç odlu silah, o cümlədən bir AR-15 tipli tüfəng və iki tapança, eləcə də onlarla patron müsadirə ediblər.
Rəsmilər şübhəlinin 2024-cü ilin mart ayında Venesueladan Texas vasitəsilə ölkəyə qanunsuz daxil olan və sonradan ABŞ Sərhəd Patrul agentləri tərəfindən həbs edilən, lakin daha sonra sərbəst buraxılan Ronni Yordriks Quanipa Krinos olduğunu bildiriblər.
Bu mövzuda digər xəbərlər:“Səslər mənə Trampı öldürməyi əmr etdi” Ağ Evin yaxınlığında saxlanıldı
07 Noyabr 2026 04:05
Ağ Evin yaxınlığında saxlanılan şəxs: “Başımdakı səslər Trampı öldürməyi əmr etdi“
07 Noyabr 2026 10:36
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
07 Noyabr 2026 07:55
Obama Trampı Ağ Evin təmirinə görə ələ saldı
25 Oktyabr 2026 10:35
Ağ Evin rəhbər şəxsi Trampı alkoqolik xarakterli adam adlandırdı
17 Dekabr 2025 00:39
Baxış sayı:87
Bu xəbər 07 Noyabr 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















