“Səslər mənə Trampı öldürməyi əmr etdi” Ağ Evin yaxınlığında saxlanıldı
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Vaşinqtonda Ağ Ev kompleksinin yaxınlığında silahlı şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Şübhəli şəxs ifadəsində başındakı səslərin ona ABŞ Prezidenti Donald Trampı öldürməyi tapşırdığını bildirib.
“Qafqazinfo” xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Departamentinin məlumatına görə, saxlanılan şəxsin Venesueladan ölkəyə qanunsuz yolla gəlmiş Ronni Yordriks Kuanipa Çrinos olduğu müəyyən edilib.
O, Ağ Evin yaxınlığında park edilmiş oğurluq avtomobildə şübhəli hərəkətlər edərkən aşkar olunub.
Çrinos özündə silah olduğunu etiraf etdikdən sonra avtomobildə axtarış aparılıb və üç odlu silah və onlarla sursat aşkar edilərək götürülüb. Şübhəliyə qarşı odlu silahların və sursatların qanunsuz daşınması, lisenziyasız tapança gəzdirmə, oğurluq və digər ağır maddələr üzrə ittihamlar irəli sürülüb.
Məlum olub ki, Çrinos 2024-cü ildə ABŞ-yə qanunsuz daxil olarkən Sərhəd Patrulu tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıbmış. O, hazırda immiqrasiya nəzarətinə götürülüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 07 Noyabr 2026 04:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















