“Trampı Ukrayna məsələsində yönləndirirlər” Lavrov
Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.
“Trampa Ukrayna ilə bağlı məlumatlar natamam və filtrdən keçirilmiş formada təqdim olunur”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ Prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinə qarşı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirərkən deyib.
“Bu məsələ son günlərdə dəfələrlə şərh olunub. Aydındır ki, Donald Trampa və Ukrayna münaqişəsi ilə bağlı real qərar qəbul edən şəxslərə bütün məlumatlar çatdırılmır. Onlara yalnız xüsusi şəkildə ələkdən keçirilmiş informasiya təqdim olunur. Bu məlumatlar isə ABŞ-ı Ukrayna rejimini dəstəkləməklə Rusiyaya qarşı daha aqressiv hərəkətlərə sürükləmək istəyənlər tərəfindən hazırlanır. Biz bu informasiyanın çatışmazlığını aradan qaldırmağa çalışacağıq”, – Lavrov bildirib.
Xatırladaq ki, Tramp daha əvvəl “Truth Social” platformasında Rusiyanın “odla oynadığını” qeyd etmişdi.
Aysel Əliyeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 28 May 2025 22:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















