Icma.az
close
up
RU
Trampın 1 ili: dünya siyasətində nələr dəyişir? Azərbaycan üçün risk və imkanlar

Trampın 1 ili: dünya siyasətində nələr dəyişir? Azərbaycan üçün risk və imkanlar

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın ikinci dəfə ABŞ Prezidenti seçilməsinin bir ili tamam oldu. Onun rəhbərliyində ABŞ-ın fəal rol oynadığı yeni dünya nizamı formalaşır. Əvvəlki sistemə aid bir sıra beynəlxalq strukturlar isə mahiyyətini itirməyə başlayır. Azərbaycanın bu proseslərə çevik uyğunlaşması da xüsusi əhəmiyyət kəsb edir. Hazırda rəsmi Bakı Trampla münasibətlərdə səmərəli əməkdaşlıq aparır.

Bu bir il dünya siyasətinə və iqtisadiyyatına necə təsir göstərdi?

Globalinfo.az-a danışan politoloq Elman Telmanoğlu deyib ki, Trampın ABŞ-da ikinci dəfə prezident seçilməsindən bir il keçməsi dünya siyasəti və qlobal iqtisadiyyat üçün əhəmiyyətli dönüş mərhələsi kimi qiymətləndirilə bilər:

“Bu bir il ərzində Tramp administrasiyası göstərdi ki, əvvəlki dövrdə səsləndirilən bir çox sərt və qeyri-ənənəvi fikirlər populizm deyil, konkret siyasi xəttin tərkib hissəsidir. Trampın əsas fərqi ondan ibarətdir ki, klassik diplomatik ritorikadan daha çox, real nəticəyə, iqtisadi və siyasi mənfəətə hesablanan qərarlar qəbul edir. Bir çox hallarda onun açıqlamaları siyasi elitalar tərəfindən ciddiyə alınmasa da, sonrakı addımlar göstərir ki, Tramp dediyini icra edir. Bu isə beynəlxalq münasibətlərdə qeyri-müəyyənliklə yanaşı, yeni reallıqlar da formalaşdırır.

Trampın ikinci dövründə ABŞ-ın beynəlxalq təşkilatlara münasibəti daha praqmatik və selektiv xarakter alıb. BMT, ÜTT, hətta NATO kimi strukturların əvvəlki təsir mexanizmləri zəifləyir. Vaşinqton bu institutlara artıq qlobal nizamın dayaqları kimi yox, ABŞ maraqlarına xidmət etdiyi ölçüdə alət kimi baxır. Nəticədə, liberal beynəlxalq sistemin bəzi əsas sütunları mahiyyətini itirməyə başlayır. Eyni zamanda, ABŞ-ın dünya siyasətində birbaşa və sərt iştirak modeli yenidən ön plana çıxır. Tramp administrasiyası müttəfiqlərlə münasibətlərdə də “təhlükəsizlik əvəzində ödəniş”, “siyasi dəstək əvəzində iqtisadi fayda” yanaşmasını açıq şəkildə tətbiq edir. Bu isə beynəlxalq münasibətləri ideoloji yox, kommersiya məntiqi üzərində qurulan mərhələyə keçirir.

İlk il göstərdi ki, Tramp üçün iqtisadiyyat xarici siyasətin əsas alətidir. Ticarət müharibələri, sanksiyalar, enerji bazarlarına təsir, istehsalın ABŞ-a qaytarılması siyasəti qlobal iqtisadi balanslara birbaşa təsir göstərir. Dolların gücü, enerji marşrutları və strateji xammal üzərində nəzarət ABŞ-ın əsas təsir rıçaqları olaraq qalır”.

Politoloqun sözlərinə görə, Azərbaycan konteksti isə bu proseslər fonunda çevik və balanslı siyasət yürütməyin xüsusi əhəmiyyət daşıdığını göstərir:

“Hazırkı mərhələdə Azərbaycan–ABŞ münasibətlərində gərginlik yoxdur; əksinə, Tramp administrasiyası ilə Bakı arasında praqmatik anlaşma xətti qorunur. Enerji təhlükəsizliyi, regional sabitlik və geosiyasi mövqe baxımından Azərbaycan Vaşinqton üçün əhəmiyyətli tərəfdaş olaraq qalır.

Elman Telmanoğlu

Azərbaycanın əsas çağırışı dəyişən dünya nizamına vaxtında adaptasiya olmaq, milli maraqları qorumaqla yanaşı, yeni güc balanslarında mövqeyini möhkəmləndirməkdir. Tramp dövrünün reallığı göstərir ki, ideoloji yaxınlıqdan daha çox konkret fayda və qarşılıqlı maraqlar ön plana çıxır. Zəngəzur dəhlizi artıq siyasi müzakirə mövzusundan çıxaraq strateji zərurətə çevrilib. Dəhliz Azərbaycanın tranzit və geosiyasi rolunu gücləndirir, Ermənistan isə prosesə müqavimət göstərmək imkanlarını itirir. TRİPP Qərbin regionda yeni iqtisadi-siyasi arxitektura qurmaq cəhdidir. Bu platformada Azərbaycan əsas açar ölkədir və layihələrin real icrası Bakı üzərindən mümkündür.

Vaşinqton görüşü ABŞ-ın regionda praqmatik xəttə qayıtdığını göstərir. Prezident İlham Əliyevin balanslı siyasəti və Tramp faktorunun yenidən gündəmə gəlməsi fonunda ABŞ–Azərbaycan münasibətləri daha çox real maraqlar üzərində formalaşır. Yeni mərhələdə Vaşinqton üçün əsas tərəfdaş Bakıdır. Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Bakı və İrəvan arasında sülh sazişinin layihəsi paraflanıb və s.

Trampın ikinci prezidentliyinin ilk ili sübut etdi ki, dünya əvvəlki qaydalara qayıtmayacaq. Yeni dünya nizamı daha sərt və praqmatik olacaq. Bu nizamda emosional yox, hesablanmış və daha dəqiq siyasət aparan dövlətlər yer alacaq. Azərbaycan üçün isə bu mərhələ bəzi risklərlə yanaşı, yeni imkanlar da yaradır”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see241

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see158

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri