Icma.az
close
up
RU
Trampın 100 faizlik yarımkeçirici rüsumu

Trampın 100 faizlik yarımkeçirici rüsumu

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-la Çin arasında texnoloji hegemonluq savaşının yeni mərhələsi

Vaşinqtonda səslənən bəyanatlar təkcə iqtisadi siqnallar deyil, eyni zamanda, qlobal güc balansında dəyişikliklərin əlamətləridir. ABŞ Prezidenti Donald Trampın son açıqlaması texnologiya sahəsində “yeni müharibə mərhələsinin” başladığını təsdiqləyir. Söhbət ABŞ xaricində istehsal olunan mikrosxemlər və yarımkeçiricilər üçün nəzərdə tutulan 100 faizlik idxal rüsumundan gedir. Bu addım, analitiklərin fikrincə, yalnız iqtisadi deyil, həm də geostrateji təzyiq aləti kimi dəyərləndirilməlidir.

Yarımkeçiricilər XXI əsrin texnoloji inkişafının əsas dayağı sayılır. Avtomobillərdən tutmuş süni intellekt sistemlərinə, hərbi peyklərdən tutmuş smartfonlara qədər — bütün sahələr bu mikroskopik komponentlərə möhtacdır. Texnologiya analitiki Piter Zayhanın dediyi kimi, “Mikroçipin olması bir dünya bugünkü müasir dünyanın tamamilə dayanması deməkdir”.

ABŞ 2018-ci ildən bəri Çinlə ticarət və texnologiya sahəsində qarşıdurma vəziyyətindədir. Donald Trampın başlatdığı bu proses sonradan Co Bayden administrasiyası dövründə də müxtəlif formalarda davam etdirildi. Lakin yeni bəyanat göstərir ki, cənab Trampın rəhbərliyi ilə bu siyasət daha sərt və radikal istiqamətə yönələcək.

Ağ ev sahibinin çıxışında xüsusi olaraq “Apple” şirkətinə toxunması təsadüfi deyil. Şirkətin yaxın illərdə ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə yatırmaq niyyəti Donald Trampın daxili istehsalı gücləndirmək strategiyasına cavab olaraq qəbul edilir. Bu, həm də onun seçkiqabağı şüarı olan “Make America Great Again” narrativinə texnoloji ölçü verir. “Apple bu sərmayə ilə texnologiyanı yenidən Amerikada doğurur. Biz yalnız istehlakçı deyil, istehsalçı da olmalıyıq,” – deyə Tramp əlavə edir.

Bununla yanaşı, ABŞ administrasiyasının məqsədi yalnız daxili istehsalı təşviq etməklə bitmir. Strateji məqsəd Çindən texnoloji asılılığı minimuma endirmək, tədarük zəncirlərini daha sabit və nəzarətli mərkəzlərə yönəltməkdir. Bu çərçivədə Tayvan, Vyetnam, Hindistan və Meksika kimi ölkələr alternativ istehsal mərkəzləri kimi gündəmə gəlir.

Çinin “Made in China 2025” proqramı Pekinin texnoloji müstəqillik və liderlik ambisiyalarını aydın şəkildə ortaya qoyur. Bu proqram çərçivəsində Çin süni intellekt, kvant kompüterləri, 5G və mikroçip texnologiyalarında öz milli şirkətlərini qlobal miqyasda rəqabətqabiliyyətli səviyyəyə çatdırmağı hədəfləyir. Çin üzrə tanınmış mütəxəssis Keyt Bradsher yazır: “Pekin texnologiyaya sərmayə qoymaqla yalnız iqtisadi gələcək qurmaq istəmir, o, eyni zamanda milli suverenliyini qorumağa çalışır”.

Bu mənzərədə prezident Trampın 100 faizlik rüsum qərarı, sadəcə, iqtisadi tədbir deyil, həm də strateji həmlədir. ABŞ bununla Çin istehsalçılarının Amerikanın yüksək texnoloji bazarlarına girişini məhdudlaşdırmaqla, rəqabət mühitini yenidən dizayn edir.

Amma analitiklər bildirirlər ki, yüksək rüsumlar təkcə Çinə deyil, ABŞ texnoloji sənayesinə də təsirsiz ötüşməyəcək. Mikroçiplərin qiymətində artım, təchizat zəncirlərində fasilələr və ümumi istehsal xərclərinin yüksəlməsi qaçılmaz ola bilər. Məsələn, texnologiyalar üzrə ekspert Şon Makduqall qeyd edir: “Texnoloji suverenlik strategiyası nə qədər cazibədar görünsə də, bazarın təbii prinsiplərinə qarşı getmək risklidir. İdeologiya iqtisadi realizmlə toqquşduqda nəticələr gözlənilməz olur”.

Lakin bir məsələ dəqiqdir – texnologiyada qlobal liderlik uğrunda gedən mübarizə daha da qızışacaq. ABŞ öz təhlükəsizliyi və texnloji üstünlüyünü qorumaq üçün sərt addımlar atmaqdan çəkinməyəcək. Çin isə cavab olaraq tədricən öz tədarük zəncirlərini yenidən qurmağa və yerli istehsalı artırmağa məcbur olacaq.

Donald Trampın bəyanatı təkcə Amerika iqtisadiyyatına deyil, bütün dünyaya siqnaldır: Texnologiya artıq, sadəcə, inkişaf vasitəsi deyil, geosiyasi güc amilidir. Belə bir vəziyyət bu suala cavab axtarmağa təkan verir: “Kim qalib gələcək – texnoloji dövrün hegemonu kim olacaq?” Əlbəttə, bu sualın cavabı gələcəkdə qlobal iqtisadiyyatın, diplomatiyanın və hətta sabitliyin necə formalaşacağını müəyyən edəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Avqust 2025 06:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see346

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see330

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see325

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see324

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see323

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see294

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see289

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see281

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see264

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see256

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see243

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see238

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see236

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see214

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see194

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see189

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see188

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see187

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri