Icma.az
close
up
RU
Trampın 3 ölkəni təhdid edən sensasion Milad “təbriki”

Trampın 3 ölkəni təhdid edən sensasion Milad “təbriki”

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Co Bayden və onun gələcək varisi Donald Tramp çərşənbə günü tamamilə ziddiyyətli Milad mesajları veriblər. Bayden “xeyirxahlıq və şəfqət” haqqında qısa, ənənəvi mövsümi mesaj göndərərkən, Tramp Milad mesajlarında yenə ərazi iddialarına işarə edib.

Axar.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Trampın Panama kanalını ələ keçirilməsi, Qrenlandiyanın satın alınması və Kanadanın ilhaqı ilə bağlı mesajları beynəlxalq aləmdə narahatlığı artırıb:

“Tramp solçulara da maraqlı mesaj göndərib: “Məhkəmə sistemimizə və seçkilərimizə daim mane olmağa çalışan radikal sol çılğınların Milad bayramını təbrik edirəm”. Baydenin “bütün amerikalılara” bayram istəklərindən fərqli olaraq, Tramp postlarında ölkə daxilində və xaricində siyasi qütbləşməni gücləndirməyə çalışır. Donald Tramp birinci dəfə prezident seçiləndə də rəqiblərini hədələmişdi. Onun 31 dekabr 2016-cı ilə mesajında bunlar yazılmışdı: “Çoxsaylı düşmənlərim və mənimlə mübarizədə uduzub, indi əlacsız qalanlar da daxil olmaqla, hamının Yeni il bayramını təbrik edirəm”.

Tramp budəfəki Yeni il təbrikində Panama kanalına “xüsusi yer ayırıb”. “Panama kanalını qanunsuz istismar edən Çinin sevimli əsgərlərini təbrik edirəm” cümləsində həm Panama dövlətinə, həm də Çinə təhdid yer alıb. Tramp vaxtilə ABŞ-a məxsus kanalın yanlış olaraq Panama dövlətinə verildiyini bildirib. O, bunu Vaşinqtonun böyük yanlışlığı adlandırıb. Çünki Tramp hesab edir ki, Panama dövləti kanaldan istifadə edən ABŞ ticarət gəmilərindən böyük miqdarda gömrük haqqı alır. Tramp Çini ona görə xatırladıb ki, Pekin son illərdə Panama dövlətinə böyük yatırımlar həyata keçirib. Çinin Panama kanalının ətrafında ümumi həcmi bir neçə milyard dollarlıq yatırımları var. Bu səbəbdən Pekin Trampın “Panama kanalı Amerikaya məxsus olmalıdır” təhdidinə ciddi yanaşıb. Trampın təhdidi həm Çinin yatırımlarına təhdiddir, həm də kanal üzərindən idxal-ixrac əməliyyatları həyata keçirən Çin məhsullarının qiymət artımına səbəb ola bilər. Tramp prezident seçiləndən sonra Çin məhsullarına 60 faizlik gömrük rüsumunun tətbiqinə də hazırlaşır.

Bu arada, Pekinin də Trampa mesajı var: “Çin hesab edir ki, Çin-ABŞ iqtisadi və ticarət əməkdaşlığı qarşılıqlı faydalıdır. Heç kim ticarət müharibəsində və ya tarif müharibəsində qalib gəlməyəcək”. Bu, Pekinin Trampa xəbərdarlığıdır ki, Ağ Evin yeni sahibi ticarət müharibəsinə başlasa, Çinlə yanaşı ABŞ da zərər görəcək. Trampdan sərt mövqe gözləyən Çin Asiyanın böyük dövlətləri, xüsusən Hindistan, Yaponiya, İndoneziya və Vyetnamla münasibətlərində taktiki düzəlişlər etmək məcburiyyətində qalacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri