Icma.az
close
up
RU
Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti... Patrik Uolş gizlinləri açdı

Trampın ABŞ hərbçilərini Qafqaza göndərmək niyyəti... Patrik Uolş gizlinləri açdı

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Globalinfo.az-ın beynəlxalq və xarici siyasət gündəmini əhatə edən suallarını cavablandırıb.

– Cənab Uolş, Zəngəzur dəhlizi ilə bağlı prosesdə yeni gəlişmə var. ABŞ ordusunun bölgəyə gəlməsi və nəticədə Ermənistanın Vaşinqtonun tam nəzarətinə keçəcəyi, eyni zamanda Rusiyanın Qafqazdan sıxışdırılacağı iddia olunur. Belə olan halda, Tehran buna necə reaksiya verəcək? “Tramp körpüsü”(İspaniya nəşrinin iddiası. –red) reallaşacaqmı?

– “Tramp körpüsü”nün mahiyyətcə dəyişdirilmədiyi və kommersiya müqaviləsi ilə məhdudlaşdırılmadığı təqdirdə gerçəkləşəcəyinə şübhə edirəm. Trampın ABŞ hərbi qüvvələrini Cənubi Qafqaza göndərmək niyyəti yoxdur. Bu, ABŞ-ın maraqları nöqteyi-nəzərindən çox marjinal qərar olardı, Tramp isə xərcləri azaltmaq istəyir. Rusiyanın regionda təsirinin azaldılmasında əsas hərəkətverici qüvvələr məhz Ermənistan və Azərbaycandır. Lakin Ermənistan Vaşinqtonun vassalına çevrilmək istəmir. Əvvəla, bu, Rusiya Federasiyası ilə ticarət baxımdan və orada işləyən ermənilərə görə çox təhlükəli və iqtisadi cəhətdən zərərli olardı. İranlılara gəlincə, onlar ABŞ şirkəti tərəfindən idarə olunan dəhlizin qarşısını almaq istəyirlər.

Metyu Brayza bu yaxınlarda vurğuladı ki, ABŞ-ın Cənubi Qafqazda çox məhdud strateji məqsədləri var və Tramp regionda yalnız biznes nöqteyi-nəzərindən maraqlıdır. O, bu regiona ermənipərəst, anti-Rusiya mövqeyə malik Bayden/Pelosi administrasiyası ilə müqayisədə daha az maraq göstərir. O, hesab edir ki, ABŞ-ın edə biləcəyi ən yaxşı şey sülh prosesini asanlaşdırmağa kömək etməkdir. Trampın körpü təklifinin həm Ermənistan, həm də Azərbaycan tərəfindən suverenlik amilinə görə maneə ilə üzləşəcəyi güman edilir.

– Ermənistanın baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginin vəzifədən uzaqlaşdırılması ilə bağlı hazırladığı fəaliyyət planını açıqlayıb. 1988-ci ildən başlayaraq Azərbaycana qarşı ərazi iddialarının, soyqırımı, terror hadisələrinin ssenarinin Eçmiədzində hazırlandığı məlumdur. Üstəlik, Türkiyəyə qarşı qondarma soyqırımı iddia-iftirasının da kökü kilsəyə gedib çıxır. Paşinyan anlayır ki, kilsədə radikal dəyişiklik etməsə, Türkiyə ilə münasibətləri qaydasına sala bilməyəcək. Azərbaycanla sülh sazişinin də imzalanmasına keşiş korpusu mane olacaq. Həmçinin Paşinyan hakimiyyətinə qarşı kilsədən hər zaman təhdid gözləyir. Ona görə də Eçmiədzini zərərsizləşdirmək, öz adamlarını ora yerləşdirmək istiqamətində fəaliyyətə başlayır. Necə düşünürsünüz, Paşinyan müqavimətlə üzləşəcəkmi?

Həmçinin oxuyun:

Paşinyanın manevri və alveri: Ermənistan üçün pis aqibət

Patrik Uolş

– Erməni kilsəsi, xüsusən də erməni siyasətçilərinə etibar edilmədiyini nəzərə alsaq, Ermənistanda mühüm sabitlik və təsir mənbəyidir. Rəy sorğularına görə, Paşinyan ictimaiyyət arasında ən yüksək reytinqə malikdir, lakin bu, yenə də cəmi 20 faizdir. Paşinyan, bir ingilis deyimi ilə ifadə etsək, “pislərin içində ən yaxşısı” kimi qəbul edilir. Ermənistanın baş naziri gələn il keçiriləcək seçkilərdən narahatdır və katolikosu özünün sülh sazişi və Ermənistanı qərbləşdirmə siyasətinə qarşı həm müxalifətin, həm də müqavimətin əsas mənbəyi kimi görür. O, seçkilərdən əvvəl bu məsələni həll etməyə çalışır. O, kilsədən hər hansı bir siyasətçidən daha çox qorxur və onu siyasətdə bir qüvvə kimi aradan qaldırmağa ümid edir.

Rusiya və Ukrayna arasında İstanbulda danışıqların üçüncü raundu başa çatıb. Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşlə bağlı mövqeyini açıqlayıb. Medinski belə bir görüşün yalnız yaxşı planlaşdırıldığı halda baş tuta biləcəyini deyib. “Biz Ukrayna tərəfinə çatdırmışıq ki, Putin və Zelenski arasında görüş əvvəlcədən və ətraflı şəkildə hazırlanmalıdır. Əks halda, bu cür görüş nəticə verməz. Tək şərtimiz budur. Əlavə şərt olarsa, bunu Ukrayna tərəfinə çatdıracağıq”, – deyə o bildirib. Bu barədə nə düşünürsünüz?

– Rusiyanın məqsədi sadəcə olaraq 2022-ci ilin aprelində başladılmış İstanbul danışıqlarını bərpa etməkdir. Lakin Kiyevi ərazi məsələsində xüsusi hərbi əməliyyatın başlanğıcında Zelenskiyə təklif ediləndən qat-qat ağır bədəl ödəməyə məcbur etmək istəyir. Bununla belə, Zelenski çətin vəziyyətdədir. Bildirilir ki, həm ABŞ, həm də Böyük Britaniya onun yerinə iki keçmiş hərbi lider hazırlayıb. Başa düşə bilmirəm ki, Zelenski başqası ilə əvəz olunmadan ruslara necə nəyisə güzəştə gedə bilər. O, İstanbul danışıqlarında əsasən Trampı razı salmaq üçün iştirak edir, çünki Tramp istəsə onu və Ukraynanı batıra bilər. Ukraynada hərbi vəziyyət ağır olaraq qalır.

Onların rus qüvvələrini dayandırmaq üçün kifayət qədər adamları və texnikası yoxdur. Yalnız dronlarla improvizasiya etmək rus qoşunlarının cəmləşməsinin qarşısını almaqla təsirli olur. Lakin ukraynalılar getdikcə zəifləyir və onların yeganə ümidi Qərbin təkmilləşmiş silahıdır. Amma Trampın burada Baydenlə eyni problemi var. Bayden eskalasiyadan imtina etdi və Tramp da vəziyyəti gərginləşdirmək istəmir, əksinə, müharibəni Avropaya təhvil vermək istəyir. Beləliklə, Zelenski çox çətin vəziyyətdədir və mən yalnız Ukraynanın Rusiya hərbi gücü qarşısında ağır sülh şərtlərinə razılaşana qədər daha da zəifləyəcəyini görürəm.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 İyul 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see256

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see217

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see198

ABŞ Vahid Ələkbərovun şirkətinə daha bir sanksiya tətbiq etdi

23 Oktyabr 2025 08:54see184

PMS imtahanının I mərhələsi üzrə qeydiyyat başlanıb

23 Oktyabr 2025 18:42see148

Astana Sammiti və regional nizamın yeni düzəni

23 Oktyabr 2025 09:36see146

Qızıl indi də ucuzlaşır bazarda vəziyyət necədir? VİDEO

23 Oktyabr 2025 22:25see145

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see144

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see143

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see139

Azərbaycanda mal əti bahalaşdı Yeni QİYMƏTLƏR

23 Oktyabr 2025 08:36see136

ABŞ dövlət katibi Qəzzada sülh planının müzakirəsi üçün İsrailə səfər edib

23 Oktyabr 2025 21:42see132

Məktəb direktorlarının təyinatında YENİ QAYDALAR

24 Oktyabr 2025 00:24see132

“Heç heçə edə bilərdik” Qurban Qurbanov

23 Oktyabr 2025 12:19see131

Makrondan Trampa DƏSTƏK:Rusiyaya sanksiya dönüş nöqtəsidir

24 Oktyabr 2025 07:18see130

İnanılmaz dərəcədə zəngin olacaq 3 bürc

24 Oktyabr 2025 03:20see130

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see125

ABŞ bizim düşmənimizdir Medvedev

23 Oktyabr 2025 12:20see125

Hər gün mixək çubuğu çeynəyin...

24 Oktyabr 2025 05:57see124

Tramp Kolumbiya və Meksikanın narkokartellərin nəzarəti altına keçdiyinə inanır

24 Oktyabr 2025 05:19see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri