Icma.az
close
up
RU
Trampın vəd etdiyi görüş Azərbaycana, Qafqaza nə verə bilər? MÜSAHİBƏ

Trampın vəd etdiyi görüş Azərbaycana, Qafqaza nə verə bilər? MÜSAHİBƏ

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Xəbər verildiyi kimi, ABŞ, Ermənistan və Azərbaycan liderlərinin iştirakı ilə Vaşinqtonda sammit keçiriləcək. Sammitin məqsədi Ermənistan və Azərbaycan liderləri tərəfindən tezliklə sülh sazişin imzalanmasına və Cənubi Qafqazda sülh və sabitliyə töhfə verilməsidir.
Azad Vətən Partiyasının sədri Akif Nağı məsələ ilə bağlı Adalet.az saytına  məsələ ilə bağlı müsahibə verib.

- ABŞ prezidenti Donald Tramp bu həftənin sonunda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul etməyə hazırlaşması  xəbəri,   görüşlə bağlı açıqlama gözlənilməz oldu. Respublikaçılar Partiyasının üzvü, amerikalı senator Stiv Deyns Azərbaycan və Ermənistan arasında sülh sazişi bağlaması ilə bağlı pozitiv açıqlama verməsinə baxmayaraq, Ermənistan tərəfi bu görüşün baş tutması ilə bağlı nə təsdiq, nə də təkzib məlumatı yayıb. Eləcə də, Azərbaycan tərəfi də bu görüşlə bağlı rəsmi bir açıqlama verməyib. Amma qeyd etmək yerinə düşər ki, ABŞ admistrasiyasının bu prosesdə fəaliğı hiss olunur.  Çünki Ermənistan Azərbaycanın bir sıra tələblərini yerinə yetirir.

- Amma tələblər yerinə yetirildikdən sonra arxasınca problemlər ortaya çıxır... Məsələn, Paşinyanın sonuncu Rusiya səfəri...

-ABŞ-ın Qafqazdakı vəziyyətə müdaxilə etməsi, ümumiyyətlə Qafqazda, Ermənistanda görünməsi Rusiyanın xoşuna gələn hal deyil. Hətta Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə qoşulması da təbii ki, Rusiyanı qıcıqlandırır və regionda fəallığını artırır. Məsələn, Qarabağı könüllü tərk etmiş ermənilərə tez-tez yardımlar edir.Özünü onların himayədarı kimi göstərməyə çalışır. Bununla kifayətlənməyən Rusiya Gümrüdəki 102 saylı hərbi bazaya hərbi yük daşımasını artırıb. Erməni mediası yazıb ki, hər gün bir neçə belə təyyarə Gümrüyə eniş edir. Ermənistanın xarici ticarət dövriyyəsində önəmli yerdə  olmaqda  davam edir. 
Bəli, Rusiya və ABŞ regionda təşəbbüsü ələ almaq üçün gizlicə mübarizə aparır və bunun bariz nümunəsi D.Trampın belə bir təkliflə çıxış etməsidir. Üstəlik ABŞ Prezidenti Rusiyaya Ukrayna ilə razılaşmalara nail olmaq üçün verdiyi müddəti 50 gündən 10 günə endirib. Ola bilər ki, bu da həmin rəqabət prosesinin bir hissəsidir. Yəni, ABŞ 3 tərəfli görüş başlayana qədər Rusiyanın Ukrayna ilə bağlı bir qərara gəlməsini tələb edir, necə deyərlər, onu sıxmağa çalışır.
-Akif müəllim, yayılan məlumatlarda bildirilir ki, ABŞ lideri Donald Tramp əvvəlcə Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək. O, daha sonra Azərbaycan Prezidenti İlham Əliyevlə bir araya gələcək. Bundan sonra üç lider birgə bəyanatla çıxış edəcəklər.


- Bilirsiniz, o görüş baş tutarsa... təbii ki, “sülh müqaviləsi” əvvəlcədən hazırlanmalı idi. Əslində bu çox çətin məsələdir, amma ola bilər ki orda sülh müqaviləsinin paraflanması ilə bağlı razılıq əldə olunsun. Ümid eləyirəm ki, Zəngəzur dəhlizi ilə bağlı hansısa bir çərçivə razılaşması ola bilər. Və yaxud ilkin razılaşma ola bilər . Yəni, bax bu istiqamətdə hansısa nəticələr əldə oluna bilər.
Hər halda müsbət bir prosesin göstəricisi olan bu görüşdə Azərbaycanın təkliflərinin, tələblərinin yer alınacağını düşünürəm. Hazırda  Amerikanın bu mövqedə çıxışları da onu göstərir.

- Belə çıxır ki, dünya "ədalət"lənib?

- Azərbaycanın tələblərinin nəzərə alınması Azərbaycanın regiondakı lider roludan irəli gəlir, təbii bunu da nəzərə alırlar. Məsələ ilə bağlı Türkiyənin də fəallaşması prosesi gedir. ABŞ administrasiyasının Azərbaycanla münasibətlərində müəyyən işlər var və belə görünür ki ABŞ regionda Azərbaycan və Türkiyənin rolunu hesablayaraq onların nəzərdə tutduğu təklif və tələblər çərçivəsində regionda sabitliyə nail olmağa çalışır. Ermənistanı da buna məcbur edəcəklər ki proseslə razılaşsın.


- Əgər dediyiniz tələb və təkliflər nəzərə alınarsa, bu Rusiyanın Qafqazdakı fəaliyyətinin aktivliyini azaldarmı?


- Azərbaycanla Ermənistan arasında baş verəcək sülh müqaviləsi və buna bənzər digər razılaşmalar Rusiyanın Qafqazdan vurub çıxartmaq yoludur. Bu onun bir mərhələsidir . Bunu bu şəkildə dəyərləndirmək olar!
Yenə də qeyd edirəm, bu görüşdə sülh müqaviləsinin imzalanması texniki cəhətdən mümkün deyil, çünki müəyyən qaydada prosedur keçməlidir. Amma son dövrdə bilirsiniz ki, sülh  müqaviləsinin paraflanması ilə bağlı söhbətlər gedir . Paraflana bilər və ya yaxud çərçivə sazişi imzalana bilər ki, bu da irəliyə doğru bir addımdır.


Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://adalet.az
archiveBu xəbər 05 Avqust 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri