Icma.az
close
up
RU
Erməni lobbisi dinc dayanmır: Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur

Erməni lobbisi dinc dayanmır: Smitin Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr Komitəsində Azərbaycan və Ermənistan arasında “real münaqişə təhlükəsi”nin olduğunu bildirib. Bu açıqlama konqresmen, ermənipərəst mövqeyi ilə tanınan Kristofer Smitin sualına cavab zamanı səslənib. Smit ABŞ-ın diqqətini Ermənistana yönəltməyə çalışaraq Azərbaycanın “etnik təmizləmə” apardığını iddia edib və insan haqları məsələsi ilə Vaşinqtonu Bakıya təzyiq göstərməyə çağırıb. Rubio isə cavabında ABŞ-ın milli maraqları və diplomatiya arasında balans yaratmalı olduğunu deyərək, bu cür təzyiqlərin Tramp administrasiyası dövründə keçərli olmayacağı mesajını verib. O, həmçinin regionda prioritetin sabitliyin təmin olunması olduğunu vurğulayıb. Rubionun “real münaqişə təhlükəsi” ifadəsi ABŞ-ın bu bəhanə ilə danışıqlara müdaxilə etmək niyyətini də göstərə bilər. Vaşinqtonun iki əsas məqsədi olduğu görünür. Birincisi Azərbaycan-Ermənistan danışıqlarında iştirak etmək. Digər tərəfdən isə Tramp administrasiyasının “sülh vasitəçisi” imicini gücləndirmək. Gözləntilərə görə, növbəti mərhələdə ABŞ dövlət katibi Bakı və İrəvanla birbaşa təmaslara başlaya bilər.

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a bildirib ki, ABŞ-nin yeni rəhbərliyi öz xarici siyasətində daha aktual mövzulara baş vurur və onların həlli ilə maraqlanır:


“Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gedən proseslər, İranın nüvə proqramı və bir sıra məsələlər buraya daxildir. Sanki Cənubi Qafqazda gedən proseslər diqqətdən kənardadır. Lakin Bayden-Blinken cütlüyü demək olar ki, hər həftə Cənubi Qafqaza dair fikirlər söyləyirdilər və sülh prosesinin iştirakçısına çevrilmək cəhdlərini həyata keçirirdilər. Ermənistan Baş naziri Nikol Paşinyan çalışır ki, ABŞ rəhbərliyi əvvəlki dövrdə olan münasibəti sərgiləsin, amma bu, mümkün olmur. Həm diplomatik kanallar vasitəsilə, həm də qanunverici orqan sayəsində Ermənistan lobbi dairələri antiazərbaycan, antitürk mövqeyini ABŞ-də formalaşdırmağa səy göstərir. Əlbəttə, ermənilərin çirkli pullarla ələ aldığı kongresmenlər də dinc durmur və ermənin maraqlarının təminatında əsas rol almağa çalışırlar. Smitin sualı deməyə əsas verir ki, Rubionu Cənubi Qafqaza çəkmək niyyəti mövcuddur. Lakin hesab edirəm ki, Azərbaycan və Ermənistan arasında real münaqişə təhlükəsi yoxdur. Ermənistanın rəhbərliyi də bunu dəfələrlə dilə gətirib. Tiranada keçirilən “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısında  hər iki lider arasında dialoqun olması və müsbət mesajlar üşmənçilik ritorikasının geridə qaldığını nümayiş etdirir. Proseslərə müdaxilə etmək üçün münaqişə terminini yenidən siyasi leksikona və dövrəyə gətirmək tamamilə yol verilməzdir. ABŞ-nin hazırki rəhbərliyi daha çox sülhə, təhlükəsizliyə, sabitlik arxitekturasının qurulmasına diqqət ayırmalıdır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 May 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri