Trampın Ağ Evdə Netanyahu ilə görüşü baş tuta bilər
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahu arasında görüş gələn həftə Oval Ofisdə baş tuta bilər.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə “Axios” hər iki ölkədən rəsmi mənbəyə istinadən yazıb.
Mənbələr bildirir ki, görüş barədə müzakirələr aparılır.
Netanyahunun iyulun 28-də Lindsi Qremin Kapitoli təpəsində və Milli Katedralda keçiriləcək dəfn mərasimlərində iştirak etmək üçün Vaşinqtona getməyi planlaşdırdığı da deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranda böyük döyüş əməliyyatlarını bərpa etməyi düşündüyü bir vaxtda hərbi əməliyyatlara İsraillə birgə daxil ola biləcəyi ehtimal edilir. Netanyahu ilə Trampın mümkün görüşü bu baxımdan vacib dönüş nöqtəsi kimi nəzərdən keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 22 İyul 2026 19:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















