Trampın atəşkəs planı təhlükədə: Bəhreyndən İrana ittihamlar
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bəhreyn İranın hücumu nəticəsində bir obyektdə yanğın baş verdiyini bildirib.
"Cebheinfo.az" xəbər verir ki, Bəhreyn Daxili İşlər Nazirliyinin "X" sosial media platformasındakı hesabından edilən açıqlamada, İranın hücumu nəticəsində bir obyektdə yanğın çıxdığı, Mülki Müdafiə qüvvələrinin yanğını nəzarət altına aldığı və hücumla bağlı xəsarət alanın qeydə alınmadığı bildirilib.
Nazirlik ABŞ ilə İran arasında əldə olunmuş 2 həftəlik müvəqqəti atəşkəsdən saatlar sonra bu səhər Bəhreyndə sirenlərin çalındığını bildirib.
Bəhreyn rəsmiləri sirenlərdən sonra İrandan yeni bir hücumun olub-olmaması ilə bağlı hələlik açıqlama verməyiblər.
Daxili İşlər Nazirliyinin açıqlamasında da yanğına səbəb olan hücumun atəşkəsdən əvvəl, yoxsa sonra reallaşdığına dair məlumat verilməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 08 Aprel 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















