Icma.az
close
up
RU
Trampın Avropa İttifaqı və NATO ilə əməkdaşlıq etməməsi mümkün deyil Ekspert

Trampın Avropa İttifaqı və NATO ilə əməkdaşlıq etməməsi mümkün deyil Ekspert

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Şimali Atlantika Alyansındakı Avropa İttifaqı ilə münasibətləri tam kəsməsi mümkün deyil.

Bizimyol.info xəbər verir ki, bu fikri Çin Tayhe İnstitutunun baş elmi işçisi Vanq Zayban söyləyib.

“Tramp Avropa ölkələrindəki hissləri və fikirləri görməməzlikdən gələ bilməz. Tramp nə qədər təktərəflilik və təcridçilik prinsiplərinə əməl etsə də, o, Avropadakı NATO tərəfdaşlarından tam uzaqlaşa bilməyəcək”, - deyə ekspert bildirib. O, ABŞ-ın seçilmiş prezidentinin Ukrayna məsələsində AB-dəki tərəfdaşlarının “başı üzərindən iş görməsinin” çətin olduğunu, baxmayaraq ki, bu, son nəticədə onunla Rusiya lideri Vladimir Putin arasında ünsiyyətdən asılı olacağını bildirib.

Zayban hesab edir ki, Trampın prezidentliyi ilə alyans daxilində parçalanmalar artacaq, bəzi təşkilatların birliyi azala bilər, lakin o, buna “getməyəcək”. “Həm ABŞ, həm də alyansın Avropa üzvlərinin NATO-ya ehtiyacı var”, - deyə qeyd edib.

Ekspertin fikrincə, Rusiyanın Ukraynanın neytrallığı ilə bağlı mövqeyi kifayət qədər sərtdir və Moskva çox güman ki, Vaşinqtondan Ukrayna məsələsində daha ciddi güzəştlər tələb edəcək. Zaybanın sözlərinə görə, Tramp vəzifəyə gəldikdən sonra Rusiya-Ukrayna münaqişəsinə son qoymağa kömək edəcəyinə söz versə də, 2025-ci ildə böhranın siyasi yolla həllinin həqiqətən mümkün olub-olmadığını söyləmək hələ də çətindir.

Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində demişdi ki, Rusiya Federasiyasının “qapısında” NATO olmamalıdır və bu, tamamilə qanunidir. Ukraynadakı münaqişənin sülh yolu ilə həlli o halda mümkündür ki, o, alyansa qoşulmaq planlarından əl çəksin, ölkədəki Qərb hərbi bazalarını bağlasın və xarici qoşunların iştirakı ilə keçirilən təlimləri ləğv etsin. Lavrov əlavə edib ki, Qərb yerlərdə reallıqları nəzərə almalı olacaq.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Dekabr 2024 08:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri