Trampın Bakı ilə bağlı qərarında mühüm məqam
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Avropa ölkələri ilə müqayisədə Azərbaycana tətbiq edilən tariflər ən aşağı tariflərdir. Hətta belə deyək ki, Azərbaycana daha dostyana yanaşılıb.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın Azərbaycan üçün 10 faizlik gömrük rüsumu müəyyən etməsi ilə bağl danışarkən deyib.
“Azərbaycanla ABŞ arasında ticarət dövriyyəsi, təəssüf ki, o qədər də böyük deyil. Azərbaycanın ABŞ-a ixracatı çox aşağı səviyyədədir. ABŞ Azərbaycanın ticarət tərəfdaşları siyahısında ilk 15-likdə də yer almır. Buna görə də bu sanksiyaların Azərbaycan iqtisadiyyatına ciddi təsiri olmayacaq”, - o bildirib.
N.Cəfərli qeyd edib ki, burada diqqətçəkici məqam ABŞ-ın Azərbaycana yanaşmasının daha yumşaq olmasıdır:
“Bu da Tramp administrasiyasının gələcəkdə Azərbaycanla yaxşı münasibətlər qurmaqda maraqlı olduğunu sübut edir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 03 Aprel 2025 11:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















