Icma.az
close
up
RU
“Trampın birillik fəaliyyəti göstərdi ki, ABŞ ın qurduğu yeni beynəlxalq sistemdə qlobalistlərə yer olmayacaq...”

“Trampın birillik fəaliyyəti göstərdi ki, ABŞ ın qurduğu yeni beynəlxalq sistemdə qlobalistlərə yer olmayacaq...”

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Trampın ötənilki fəaliyyəti ABŞ-da dərin kök salan qlobalistlərin siyasi arenadan təmizlənməsinə həsr olundu. Verilən məlumata görə, Tramp hökuməti hakimiyyətlərinin ilk 3 ayında 25 min federal işçini işdən çıxarıb...”

“Ötən il Trampın ikinci hakimiyyətinin başlanğıcı və ilk ili idi. Adətən, istənilən prezidentin hakimiyyətinin ilk ilində gördüyü işləri onun bu postda oturduqdan sonra hansı siyasətləri həyata keçirilməsini göstərən dəqiq siqnallar sayılır. Yəni biz bu birillik fəaliyyətə baxıb Trampın qarşıdakı 3 ildə hansı addımlar atacağını müəyyənləşdirə bilərik. Trampın ötənilki fəaliyyəti ABŞ-da dərin kök salan qlobalistlərin siyasi arenadan təmizlənməsinə həsr olundu. Verilən məlumata görə, Tramp hökuməti hakimiyyətlərinin ilk 3 ayında 25 min federal işçini işdən çıxarıb. Bəhanəsi isə dövlət büdcəsinə qənaət edilməsi idi. Atılan ən qalmaqallı addımlardan biri də ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatı da daxil olmaqla 66 beynəlxalq qurumdan ayrılması oldu.”

Siyasi şərhçi Heydər Oğuz bu fikirləri Moderator.az-a açıqlamasında  “Donald Trampın ABŞ prezidenti kimi ikinci hakimiyyət dövründəki bir ili tamam oldu: onun ötənilki fəaliyyəti barədə hansı nəticələrə gəldiniz, builki fəaliyyəti üçün nələri proqnozlaşdırmaq olar?” sualını cavablandırarkən ifadə edib.

“Ötən bir il ərzində Tramp Qrenlandiya, Meksika, Panama və s. kimi ölkələri ilhaq etmək barədə fikirləşdiyini gizlətmədi və beynəlxalq aləmdə ciddi səs-küy doğuran bəzi addımlar atdı. Hətta Venesuela prezidentini xanımı ilə birgə oğurlayıb Amerikaya gətirdi...  

-Birləşmiş Ştatlarda köçkünlərə qarşı həbs və ölkədən çıxarma əməliyyatlarına başladı. Bir çox beynəlxalq qurumların maliyyələşdirməsini dayandıraraq Qərb ölkələrinin başqa dövlətlərə təzyiqlərinə son qoydu.

-Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanmasına nai oldu və Zəngəzur dəhlizinin açılması üçün müəyyən addımlar atdı.  

-Ukraynanı yalnız buraxdı.

-NATO ölkələrinə ÜDM-nin 3 faizini hərbi xərclərə ayırmasına nail oldu və s.

Tramp BMT-ni ləğv edib yerinə ona bənzər yeni  beynəlxalq qurum yaratmaq təşəbbüsünə girişdi”, - davamında bunları söyləyən Heydər Oğuz daha sonra belə deyib: 

“Bütün bunlar onu göstərir ki, ABŞ yeni dünya düzəni quruculuğuna çalışır və onun qurduğu yeni beynəlxalq sistemdə qlobalistlərə yer olmayacaq. Xüsusilə ABŞ-ın qanını əmən separatçı qüvvələr tamamilə buraxılacaq və dünyada yalnız güclü dövlətlər yaşamaq haqqı qazanacaq...”

Təqdim etdi:

Sultan Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:34
embedMənbə:https://moderator.az
archiveBu xəbər 23 Yanvar 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see211

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see186

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see148

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri