Trampın bu ədalətsiz düzəlişi dayandırması... Prezident
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Donald Tramp tərəfindən "Azadlığa Dəstək Aktı"na düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirib.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bu barədə yanvarın 4-də ABŞ nümayəndə heyətini qəbul edərkən bildirib.
Dövlətimizin başçısı "Azadlığa Dəstək Aktı"na ədalətsiz 907-ci düzəlişin ölkələrimiz arasında əlaqələrin bügünkü inkişafının mahiyyətinə uyğun olmadığını deyib.
Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Tramp tərəfindən bu düzəlişin fəaliyyətinin dayandırılmasını yüksək qiymətləndirərək, onun tamamilə ləğv edilməsi istiqamətində konqres üzvlərinin də bundan sonra səylərini davam etdirəcəyinə ümidvar olduğunu vurğulayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 04 Yanvar 2026 21:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















