Icma.az
close
up
RU
“Trampın Budapeşti seçməsi Orban üçün açıq siyasi dəstək mesajıdır” Politoloq

“Trampın Budapeşti seçməsi Orban üçün açıq siyasi dəstək mesajıdır” Politoloq

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Budapeşt görüşü bildiyiniz kimi, Putin və Tramp arasında razılaşdırılmış bir görüşdür və Trampın təklifi ilə görüşün Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi qərara alınıb. Bu, həm Trampın Macarıstanın Baş naziri Viktor Orbanla çox yaxşı münasibətləri olması, həm də Rusiyanın Macarıstanın indiki hakimiyyəti ilə əlaqələrinə görə baş verir".

Bu fikirləri Redaktor.az-a politoloq Yusif Bağırov Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Trampın Macarıstanda keçirəcəyi görüşü şərh edərkən bildirdi.

Onun sözlərinə görə, Macarıstan hər zaman Rusiya-Avropa İttifaqı-NATO münasibətlərində daha çox Rusiyanın maraqlarını qoruyub:

"Həmçinin Trampın seçkiqabağı dövründə onunla görüşən dövlət başçılarından biri və birincisi elə cənab Orban olub. Nəzərə alsaq ki, gələn il Macarıstanda parlament seçkiləri keçiriləcək, Trampın Türkiyəni deyil, məhz Macarıstanı görüş yeri kimi seçməsi Orban üçün bir dəstək mesajı kimi qiymətləndirilə bilər. Çünki bildiyiniz kimi, BMT səviyyəsində keçirilən görüşlərdən birində Tramp Orbanın gələcək seçkilərdə qalib gələcəyini və ABŞ tərəfindən dəstəklənəcəyini açıq şəkildə bəyan etmişdi. Qeyd etmək lazımdır ki, Macarıstan Roma Statutuna qoşulmuşdu, lakin təxminən altı-yeddi ay əvvəl bu statuttan çıxmaq barədə qərar qəbul edib. Hələlik bu proses tam başa çatmayıb və Roma Statutundan çıxma proseduru davam edir".

Müsahibimiz vurğuladı ki, Avropa İttifaqına daxil olan NATO dövlətləri görüşün Budapeştdə keçirilməsinin əleyhinədirlər:

"Onlar hesab edirlər ki, Orban bu sammitdə Avropa İttifaqının adından danışa bilər. Buna görə də həmin görüşə, əgər baş tutarsa, əlavə olaraq Finlandiyanın prezidenti Aleksandr Stubb da dəvət olunub ki, Avropa İttifaqını rəsmi şəkildə təmsil etsin. Hazırda görüşün taleyi qeyri-müəyyəndir, çünki tərəflər bir-birlərinə verdikləri təkliflərdən xeyli uzaqdırlar. Ukrayna atəşkəs və sülh prosesinin başlanmasını istəyir, Rusiya isə əsasən Donbas bölgəsinin Ukraynadan ayrılmasını tələb edir. Əvvəllər Rusiya Zaporojye və Xersonu da istəyirdi, amma indi əsas məqsədi Donbasdır. Bütün bunları nəzərə alaraq, böyük ehtimalla Budapeşt görüşü sadəcə rəmzi, reklam xarakterli bir tədbir olacaq. Onun real nəticəsi isə hələlik qaranlıqdır". 

Nuriyyə NATİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 20 Oktyabr 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see269

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see160

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see158

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see155

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see154

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see148

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see148

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see143

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri