Icma.az
close
up
RU
Trampın “dəlisov komandası” nə vəd edir? (ŞƏRH)

Trampın “dəlisov komandası” nə vəd edir? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Bu kadrlar Tramp adminstrasiyasının ənənəvi, klassik idarəetmə metodlarından imtina edib, çoxsaylı islahatlar aparmaq niyyətindən xəbər verir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Trampın kadr siyasətini şərh edərkən deyib:

"Trampın 4 illik fasilədən sonra yenidən Ağ Evə qayıtmasının özü belə qeyri-adi hadisədir. ABŞ tarixində cəmi 3 dəfə mövcud prezidentlər hakimiyyətlərinin birinci dövrünü başa vurduqdan müəyyən müddət keçəndən sonra yenidən həmin posta namizəd olub. Trampın ümumiyyətlə çıxışları və planlarına baxanda görürük ki, bu komanda ənənəvi, klassik idarəetmə metodlarından imtina edib, bu istiqamətdə çoxsaylı islahatlar aparmaq niyyətindədir. ABŞ-da uzun müddət formalaşan siyasi elita və onun bağlı olduğu maliyyə elitası var. Amerikanı da faktiki olaraq bu elitalar idarə edir”. 


Ekspertin fikrincə, Tramp isə həmin steoreotipləri qıraraq yeni vəziyyət yaratmağa çalışır:

"Bu mənada Trampın bu gedişləri çox maraqlıdır. Bütövlükdə idarəetmə sisteminin özünün yenidən qurulması prioritet kimi görünür. Məsələn, süni intelektdən istifadə etmək və inkişaf etdirməklə onu ABŞ-ın yeni həyat tərzinə çevirməyi düşünürlər. Bu istiqamət üçün də yarım trilyon dollar vəsait ayrılır. Onlar gələcək üçün superintelekt yaratmaq istəyirlər. Bu da onu göstərir ki, yaxın gələcəkdə ABŞ dünyadakı prosesləri elə idarə edəcək ki, bunun üçün onun heç nüvə silahına ehtiyacı da qalmayacaq. Yəni ABŞ-da inqilabi vəziyyət var. Trampın kadr siyasəti də faktiki həmin prosesin bir hissəsidir”. 

Qeyd edək ki, fəaliyyətə start verən ABŞ Prezidenti Donald Trampın kadr siyasəti müəyyən qaranlıq məqamları ilə gündəmdədir. Belə ki, onun mühüm postlara namizədliyini verdiyi kadrların bəziləri müəmmalı, qaranlıq keçmişləri ilə yaddaşlarda qalıb. Tramp keçən il Pensilvaniya ştatında özünə qarşı edilən sui-qəsd cəhdi zamanı onu qoruyan agenti Şon Karranı Məxfi Xidmətin rəhbəri vəzifəsinə təyin edib. Bundan başqa, Tramp keçmiş fastfud şəbəkələri korporasiyası rəhbərini Aİ-yə səfir göndərmək niyyətindədir. O, ABŞ-ın Carl's Jr və Hardee's fastfud restoranlarının ana şirkəti olan CKE Restaurants-un sabiq baş direktoru Endryu Pazderi bu vəzifəyə təyin etmək istəyir. Hansı ki, Pazderin keçmiş həyat yoldaşının onu məişət zorakılığında ittiham edib. Pentaqon rəhbərliyinə namizəd olan Pete Heqset isə spirtli içkilərdən sui-istifadədə və keçmiş həyat yoldaşına qarşı təcavüzdə günahlandırılıb. Amerika məntbuatının yazdığına görə, Heqsetin qardaşının keçmiş arvadı Danielle çərşənbə axşamı senatorlara ifadə verib: o yazıb ki, bir dəfə Pitin keçmiş arvadı Samanta ərinin hərəkətindən qorxaraq şkafda ondan gizlənib. Qadın Heqsetin sərxoş halda ona qışqırdığı və ailə üzvlərinin gözü qarşısında sərxoş olduğu bir hadisəni də xatırladıb. Daniellenin sözlərinə görə, Pentaqonun rəhbəri vəzifəsinə namizəd meksikalı amerikalılar haqqında aşağılayıcı danışıb, həmçinin qadınların səs verməməli və işləməməli olduğunu bildirib. 

Rüfət Sultan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:295
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 23 Yanvar 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri