Icma.az
close
up
RU
Trampın prezidentliyi ABŞ İran münasibətlərinə nə vəd edir? ŞƏRH

Trampın prezidentliyi ABŞ İran münasibətlərinə nə vəd edir? ŞƏRH

Icma.az, Report.az portalına istinadən məlumat verir.

ABŞ-də keçirilən prezident seçkilərində Donald Trampın qələbəsindən sonra yeni administrasiyanın İranla olacaq münasibətləri ən aktual mövzulardan birinə çevrilib. İlk prezidentlik dövründə İslam Respublikasına qarşı sərt münasibətilə seçilən Trampın yeni dövrdə hansı addımları atacağı maraq doğurur. Çünki bu, İrandan əlavə, birbaşa bütün regiona da təsir edəcək.

Qeyd etmək yerinə düşər ki, milyarder iş adamı ilk prezidentlik dövründə İran, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniyanın qoşulduğu nüvə sazişindən çıxdığını elan etmişdi. Bu saziş İranın nüvə proqramını iqtisadi sanksiyaların ləğvi müqabilində məhdudlaşdırırdı. Tramp isə rəsmi Tehrana qarşı maksimum təzyiq strategiyasını seçmişdi. Düşünürdü ki, İslam Respublikası ABŞ-ın terrorçu hesab etdiyi qrupları maliyyələşdirməyi və təlim keçməyi dayandıracaq və insan haqları ilə bağlı qeydləri yaxşılaşdırmağa başlayacaq. Bu səbəbdən də ehtimal etmək olar ki, yeni prezident bu siyasətini davam etdirəcək. Eyni zamanda dekabr ayında da verdiyi müsahibədə İranla müharibə ehtimalının istisna edilmədiyini bildirib.

Bununla belə, Ukrayna üzrə xüsusi nümayəndə Riçard Qrenellin İran üzrə xüsusi nümayəndə postuna namizədliliyinin nəzərdən keçirilməsi, hələ dəqiq qərar verilməməsi də ABŞ-nin yeni prezidentinin İranla bağlı tam qərar vermədiyindən xəbər verir. Amma Qrenellin bu posta təyin olunacağı təqdirdə bunun rəsmi Tehrana dövlət başçısının sanksiya və nüvə proqramı ilə potensial danışıqlara hazır olması barədə siqnal kimi də qəbul edilə bilər. Bununla yanaşı, andiçmə mərasiminə sayılı günlər qalan siyasətçi Tehrana ilk mesajında hərtərəfli danışıqlar aparmaq niyyətini də ifadə edib. Qərb mətbuatının xəbərinə görə, mesaj İrana Oman vasitəsilə göndərilib. Ehtimal etmək olar ki, Tramp 2015-ci ildə imzalanan nüvə sazişindən fərqli bir razılaşma əldə etmək istəyir və bu məsələdə qərarı qətidir.

Düşünmək olar ki, Tramp ilk prezidentlik dövründə olduğu kimi sərt siyasət yox, daha barışdırıcı mövqedən çıxış etsə, konsensus əldə etmək olar. Bu isə hər iki ölkənin maraqlarını və istəklərini nəzərə alaraq, arzuolunan nəticə olardı, eyni zamanda region üçün də stabillik təminatı sayıla bilər. Amma burada da unudulmayacaq və gözardı edilməyəcək məqamlar var. İlk olaraq, qeyd etmək yerinə düşər ki, ABŞ-nin yeni prezidentinin xarici siyasəti və beynəlxalq məsələlərə münasibəti iqtisadi perspektivlərdən təsirlənir. İş adamı olan Tramp üçün əsas hədəf “öncə Amerika” və qazancdır. Bu səbəbdən də rəsmi Vaşinqtonun əksər beynəlxalq müqavilələrinə, tərəfdaşlarına və məsləhətləşmələrinə bu prinsiplə yanaşır.

Xatırlatmaq yerinə düşər ki, o, dəfələrlə NATO-nun Ştatlar üçün yaratdığı xərcləri məntiqsiz və faydasız adlandırıb, alyansa üzv dövlətləri daha çox pul verməyə səsləyib. Trampın diplomatiyaya yanaşması əsasən əvvəlcədən müəyyən edilmiş tələblərlə müəyyən edilir və danışıqlar prosesinə minimal uyğunlaşma nümayiş etdirir. Bir sıra ekspertlərin “dəlisov”, “dəli adam” kimi qəbul etdiyi siyasətçinin danışıqları əsasən iki prinsipi əhatə edir. İlk mərhələdə xarici siyasət komandası onun arzularını təqdim edir. Əgər qarşı tərəf bunu qəbul etsə, diplomatiya strategiyası uğurla davam etdirilir. Yox əgər qəbul edilməsə, ikinci prinsip, yəni bütün cəza mexanizmləri işə düşür. Bu səbəbdən də İranla da danışıqların bu prinsipdən kənara çıxmayacağını proqnozlaşdırmaq olar. Eyni zamanda Yaxın Şərqdə baş verən son hadisələr, rəsmi Tehranın üzləşdiyi iqtisadi problemlər də Tramp administrasiyası üçün bu prinsipi reallaşdırmağa əlavə bonus sayıla bilər.

Tramp administrasiyasının tələblərini müəyyən dərəcədə keçmiş dövlət katibi Mayk Pompeonun əvvəlki vəzifədə olduğu dövrdə verdiyi son açıqlamalar fonunda başa düşmək olar. Pompeo 2018-ci ildə Vaşinqtonda “Heritage Foundation”da etdiyi çıxışda İran İslam Respublikası ilə yeni razılaşma əldə etmək üçün on iki şərt irəli sürmüşdü. Bu şərtlər arasında ən qabarıq olanları uranın zənginləşdirilməsinin tamamilə dayandırılması, Beynəlxalq Atom Enerjisi Agentliyi tərəfindən İranın nüvə fəaliyyətlərinin hərtərəfli monitorinqi, İraq, Suriya, Livan, Yəməndə şiə hərəkatlarına dəstəyin verməməsi və ballistik raket proqramının da ləğvi idi. 20 yanvar tarixindən sonra rəsmən Ştatlara rəhbərlik edəcək olan Trampın bu tələbləri yenidən təkrarlayacağı, ilk olaraq diplomatik yolla həmlə edəcəyini ehtimal etmək olar. Amma burada nəzərə almaq lazımdır ki, yuxarıda sadalanan ilk iki məsələyə rəsmi Tehran qırmızı xətt kimi yanaşır və bu məsələdə danışıqların gedəcəyi ehtimalı minimumdur.

Bu ehtimalı nəzərə alsaq, yeni kabinetin tərkibi və təyinatlarını da anlamaq olar. Tramp administrasiyasının kabinetinin tərkibi və təyinatları açıq şəkildə göstərir ki, ABŞ prezidenti masadakı variant kimi İran İslam Respublikasına qarşı “maksimum təzyiq” siyasətindən əl çəkməyib. Yeni təyinatlar İsrailə tarixi sarsılmaz dəstək nümayiş etdirmiş və Amerikanın düşmənlərinə, xüsusən də İran İslam Respublikasına qarşı qarşıdurma mövqeyi tutan şəxslərə üstünlük verildiyinə işarə edilir. ABŞ-nin İsraildəki səfiri Mayk Hakabin, dövlət katibi Mark Rubion, vitse-prezident Vans və bu kimi adların İslam Respublikasına qarşı məcburi diplomatiyaya üstünlük verəcəklərini düşünmək olar.

Yuxarıda da qeyd etdiyimiz kimi, İranın iqtisadi və regional problemləri Tehranın ABŞ ilə yeni razılaşma əldə etmək üçün motivasiya sayılsa da, İslam Respublikasının uranın zənginləşdirilməsində əldə etdiyi irəliləyişin ölkəni dönülməz bir mərhələyə də gətirdiyini nəzərdən qaçırmaq olmaz. Belə bir irəliləyiş əldə edən İran siyasətçiləri danışıqlarda bunu müzakirə olunmaz hesab edirlər və ehtimal etmək olar ki, nüvə proqramı ilə bağlı rəsmi Vaşinqtonla ciddi fikir ayrılığı yaranacaq. Bu isə İranın əzəli düşməni olan İsrail üçün əlavə təsir vasitəsi sayılır və Vaşinqton-Tehran danışıqlarına təsir göstərə bilər.

Bütün bu ehtimalları nəzərə alsaq, düşünmək olar ki, yanvarın 20-sindən sonra Trampın prezident kimi səlahiyyətlərinə başlaması ilə birlikdə dünya geosiyasətində müəyyən dəyişikliklər olacaq. Xüsusən də İslam Respublikası ilə münasibətlər və danışıqların hansı səpkidə getməsi ən çox gözlənilən məsələlərdəndir. Ehtimal etmək olar ki, Tramp diplomatik həmlələrindən sonra İrana qarşı sərt cəza tədbirlərinə rəvac versin. İlk olaraq ciddi iqtisadi sanksiyalar nəzərdə tutulsa da, növbəti mərhələdə hansı üsullara əl atacağını ehtimal etmək o qədər də çətin deyil. Bu, regionu fəlakətli müharibəyə də sürükləyə bilər.

Kamil Məmmədov

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:274
embedMənbə:https://report.az
archiveBu xəbər 16 Yanvar 2025 16:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri