Icma.az
close
up
RU
Menu

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

Trampın Türkiyə səfəri region üçün nə vəd edir? ŞƏRH EDİLDİ

Trampın Türkiyə səfəri region üçün nə vəd edir? ŞƏRH EDİLDİ

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Türkiyədə keçirilən NATO Zirvəsi və ABŞ Prezidenti Donald Trampın burada iştirakı mühüm siyasi hadisələrdən biridir. Trampın Türkiyəyə səfərinin təkcə NATO-nun gündəliyi ilə deyil, həm də Prezident Rəcəb Tayyib Ərdoğanla münasibətləri fonunda xüsusi əhəmiyyət daşıdığı görünür".

Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.

Politoloqun sözlərinə görə, bu proses Azərbaycan üçün də vacibdir:

"Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir və Türkiyə ilə ABŞ arasında münasibətlərin normallaşması dolayısı ilə Azərbaycanın da maraqlarına cavab verir. Eyni zamanda, Azərbaycan da ABŞ-la qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafında maraqlıdır.

Burada bir məqamı qeyd etmək istərdim. Bəzi dövlətlər xarici siyasətdə strateji yanaşma nümayiş etdirirlər, yəni siyasətlərini 10–20 illik perspektiv əsasında qururlar. Digərləri isə daha çox taktiki qərarlar qəbul edərək qısamüddətli maraqlara üstünlük verirlər. Azərbaycan və Türkiyənin xarici siyasətində uzunmüddətli strateji baxışın üstünlük təşkil etdiyini görürük. Bu yanaşmanın nəticələri də zaman keçdikcə özünü göstərir.

Düşünmürəm ki, Tramp və Ərdoğan görüşündə əsas müzakirə mövzularından biri Azərbaycan olub. Çünki Türkiyə ilə ABŞ arasında F-35 proqramı, müdafiə sənayesi, Yaxın Şərqdəki proseslər və NATO daxilində əməkdaşlıq kimi daha geniş gündəm mövcuddur.

Bununla yanaşı, Zəngəzur dəhlizi ilə bağlı məsələlərin də müəyyən formada müzakirə olunması istisna deyil. Bu layihə həm Azərbaycan, həm Türkiyə, həm də bütövlükdə region üçün böyük strateji əhəmiyyət daşıyır. Azərbaycan üçün Naxçıvanla birbaşa bağlantının yaradılması, Türkiyə üçün türk dünyasına quru çıxışının genişlənməsi, region üçün isə Şərqlə Qərbi birləşdirən nəqliyyat marşrutlarının inkişafı baxımından mühüm layihədir.

Bununla belə, yaxın perspektivdə çox böyük nəticələr gözləmirəm. Çünki ABŞ-da siyasi proseslər dinamikdir. Donald Trampın prezidentlik müddəti məhduddur və növbəti seçkilərdən sonra hakimiyyət dəyişikliyi baş verə bilər. Əgər demokratlar hakimiyyətə gəlsələr, ABŞ-ın həm Türkiyəyə, həm də Azərbaycana münasibətində müəyyən dəyişikliklərin şahidi ola bilərik. Keçmiş təcrübə göstərir ki, demokrat administrasiyalar dövründə həm Azərbaycana, həm də Türkiyəyə münasibətdə daha sərt yanaşmalar müşahidə olunub.

Bütün hallarda ən vacib məsələ Azərbaycan və Türkiyənin koordinasiyalı şəkildə hərəkət etməsidir. Regionda hansı geosiyasi proseslərin baş verməsindən asılı olmayaraq, iki qardaş ölkənin ortaq mövqe nümayiş etdirməsi və strateji əməkdaşlığını davam etdirməsi hər iki dövlətin milli maraqlarına xidmət edir. İnanıram ki, birlikdə hərəkət etməklə qarşıda duran bütün çağırışların öhdəsindən gəlmək mümkün olacaq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyul 2026 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see379

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see348

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see285

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see275

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see273

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see266

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see246

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see245

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see245

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see238

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see237

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see232

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see218

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see214

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see212

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see210

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see180

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see179

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see179

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri