Icma.az
close
up
RU
Trampın diplomatik prioritetləri: Qafqaz və Orta Şərq

Trampın diplomatik prioritetləri: Qafqaz və Orta Şərq

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.

Proqramda Donald Trampın yenidən ABŞ Prezidenti seçilməsi ilə bu ölkənin xarici siyasətində və ümumilikdə qlobal siyasətdə gözlənilən dəyişikliklərdən, Amerika xalqının son seçiminin vəd etdiyi siyasi-iqtisadi perspektivlərdən bəhs edilib.

Bildirilib ki, ABŞ-nin 47-ci Prezidenti olan D.Tramp dövlət başçısı kimi ilk çıxışını edib və iddialı fikirlər səsləndirib:

"Məsələn, o vəd edib ki, Amerika çiçəklənəcək və bütün dünyada hörmət qazanacaq. Bundan başqa, yeni prezident ABŞ-nin təhlükəsizliyinin gücləndiriləcəyini, Meksika ilə sərhəddə fövqəladə vəziyyət elan ediləcəyini, qanunsuz miqrant axınını dayandırmaq üçün oraya qoşun göndəriləcəyini, Panama kanalına nəzarətin bərpa ediləcəyini, ölkə ərazisinin genişləndirilməsinə və Marsın tədqiq edilməsinə çalışacağını bildirib. D.Trampın daha bir maraqlı açıqlaması isə Amerika qanunvericiliyində yalnız kişi və qadın cinslərinin nəzərdə tutulması ilə bağlı olub".

Vurğulanıb ki, D.Tramp ikinci hakimiyyəti dövründə qlobal siyasətdə yeni istiqamətlərə yol aça bilər. O, bir çox regionlarda, o cümlədən Orta Şərqdə və Cənubi Qafqazda ABŞ-nin siyasi-iqtisadi maraqlarını təmin etməyə çalışmaqla yeni dinamika yarada bilər:

"Əgər rəsmi Vaşinqtonun Cənubi Qafqazdakı maraqları enerji resurslarının davamlı nəqli və Rusiyadan yan keçən beynəlxalq nəqliyyat dəhlizinin inkişafı ilə bağlıdırsa, Orta Şərqdə söhbət daha çox anti-İran ritorikasının və İsrailə dəstəyin gücləndirilməsindən gedə bilər. D.Tramp həm də Rusiya-Ukrayna müharibəsinin dayandırılması, münaqişənin dondurulması istiqamətində qeyri-adi diplomatik təkliflər irəli sürə bilər. Beləliklə, ABŞ-nin yeni prezidenti qlobal balansı əsaslı şəkildə dəyişmək potensialına malikdir".

Trampın diplomatik prioritetləri: Qafqaz və Orta Şərq

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 Fevral 2025 00:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri