Trampın ən etibarlı müttəfiqi ilk dəfə xəbərdarlıq etdi: İndi dayan!
GlobalInfo saytına istinadən Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanı rəsmiləri ilk dəfə ABŞ-ın Hörmüz boğazını bağlamaq addımı ilə bağlı Ağ Evə xəbərdarlıq ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə “Val Strit Jurnal” (VSJ) məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanının ən böyük qorxusu İranın Qırmızı dənizin cənub qapısı olan Bab əl-Məndəb boğazını hədəf alaraq qisas almasıdır.
“Əgər bu keçid də bağlanarsa, Səudiyyə Ərəbistanının Qırmızı dənizə daşıdığı gündəlik 7 milyon barel neft ixracı tamamilə iflic ola bilər. Tehranın bölgədəki ən nüfuzlu nümayəndəsi olan Yəməndəki husilər Bab əl-Məndəb boğazı üzərində tam nəzarətə malikdirlər. Mənbələr qeyd edirlər ki, İrandan gələn tək bir siqnalla husilər gəmiçilik üçün vacib su yolunu bağlaya bilərlər”.
İran rəsmilərinin “Bab əl-Məndəbə Hörmüz boğazına baxdığımız kimi baxırıq” açıqlaması Ər-Riyadda narahatlıqları daha da artırıb:
“Digər tərəfdən, İran blokadaya cavab olaraq “tam regional böhran” kartından istifadə edir. İran Silahlı Qüvvələri limanlarının təhlükəsizliyinə təhdid yaranarsa, bölgədəki heç bir limanın təhlükəsiz olmayacağını açıqlayıb. Ümumiyyətlə, Bab əl-Məndəbin bağlanması krallığın dünya ilə son enerji əlaqəsinin kəsilməsi demək olardı”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:269
Bu xəbər 14 Aprel 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















