Icma.az
close
up
RU
Статья не опубликована
Trampın əsas məqsədi məhz Çinlə mübarizədə qalib gəlməkdir

Trampın əsas məqsədi məhz Çinlə mübarizədə qalib gəlməkdir

Icma.az, Aznews.az portalına istinadən məlumat verir.

“Fransa Prezidenti Emmanuel Makron deyib ki, Avropa ölkələri Donald Trampın iqtisadi siyasətinə görə eyni anda həm ABŞ, həm də Çinlə ticarət müharibələrinə cəlb olunma riski ilə üzləşirlər. Onun sözlərinə görə, Avropa açıq şəkildə tarif müharibələri dünyasına daxil olur və ABŞ-ın yeni prezidenti avropalılarla amerikalılar arasında dəyər zəncirlərini poza bilər. Donald Trampın prezident seçilməsi başda Emmanuel Makron olmaqla bir çox Avropa liderini narahat edir. Makron isə Trampın prezident seçilməsindən xüsusilə narahatdır”.

“Donald Tramp birinci prezidentliyi dövründə, yəni 2016 -2018-ci illərdə Avropa ölkələrinin sıxışdırılması siyasətini apardı. Bu dövrdə Avropa ölkələri ittifaqın gücləndirilməsi əvəzinə NATO-nun gücləndirilməsi siyasətinə cəlb olunmuşdu. Tramp NATO-dan təkcə hərbi təşkilat kimi istifadə etmirdi. Eyni zamanda ABŞ-ın hegemonluğu altında fəaliyyət göstərən hərbi təşkilatdan daha çox hərbi siyasi təşkilata çevrilmişdi. Getdikcə NATO-nun Avropa Birliyini üstələmə siyasəti aparılırdı”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

Siyasi şərhçi qeyd edib ki, bu isə Avropanın vahid bütövlüyünü qorumağa həvəsli olan Fransa və Almaniya kimi dövlətlərin mövqeyinə zidd idi.

“Buna görə də bu ölkələr ABŞ-da yenidən Donald Trampın hakimiyyətə gəlməsinə soyuq münasibət bəsləyirdilər. Bu təkcə Emmanuel Makronun istəyi deyil. Bu, həmçinin Fransanın Şarl de Qolldan bu yana apardığı dövlət siyasətilə bağlı olan bir məsələdir. Fransa Avropa Birliyinin gücləndirilməsində maraqlıdır. Ancaq Tramp bu siyasəti aparmır. O daha çox Avropa məkanında ABŞ-ın hegemonluğuna can atır. Çin iqtisadi cəhətdən son zamanlarda Avropa bazarında xeyli güclənib və texnoloji olaraq istər Avropa ölkələrini, istərsə də Amerika mallarını Avropa bazarlarından sıxışdırmağa başlayıb. Buna görə də hazırda Trampın da əsas məqsədi məhz Çinlə iqtisadi mübarizə aparmaq və qalib gəlməkdir. Trampın Rusiya ilə yaxınlaşmaq siyasəti də məhz buna dayanır. Bunun üçün Amerika Birləşmiş Ştatları var gücü ilə çalışır ki, Avropa Birliyini öz nəzarəti altına alsın. Həmçinin Rusiya ilə münasibətləri normallaşdıraraq bütün gücünü Çinə qarşı sərf etsin. Avropa Birliyi Çin və Amerika Birləşmiş Ştatlarının iqtisadi müharibəsinin arasında qalır. Məhz Emmanuel Makronun demək istədiyi məsələ budur. Yəni Avropa Birliyi ABŞ-ın bu hegemon siyasətinə Çinlə daha da yaxınlaşaraq cavab verə bilər. Ancaq bu daha bir təhlükəyə, Çinin Avropa bazarında daha da möhkəmlənməsinə səbəb olacaq. Trampdan sonra Avropa ölkələri Çini Avropa bazarından sıxışdırıb çıxarmaqda çətinlik çəkəcəklər. Trampın bu siyasəti məhz avro məkanı gücləndirmək istəyən ölkələri çox çətin vəziyyətə salır. Bu, onları Çindən asılı vəziyyətə qoyur. Avropa ölkələri qarşısına açıq şəkildə şərt qoyulub ki, ya Amerika Birləşmiş Ştatları, ya Çin. Məhz bu həmin ölkələri ciddi şəkildə narahat edir. Bundan da ən çox narahatlıq keçirən, məhz Avropa Birliyinin gücləndirilməsini arzulayan Almaniya və Fransa kimi ölkələrdir”.

Rəfiqə NAMAZƏLİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 19 Noyabr 2024 09:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see261

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see221

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see154

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see153

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see142

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see137

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see137

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri