Icma.az
close
up
RU
“Trampın əsas məqsədi müharibəni dayandırmaq deyil, o, savaşı bitirməklə buna nail olmaq istəyir” İNANILMAZ SSENARİ KONKRET

“Trampın əsas məqsədi müharibəni dayandırmaq deyil, o, savaşı bitirməklə buna nail olmaq istəyir” İNANILMAZ SSENARİ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Lukaşekonun, “əgər Bayden yenidən prezident seçilsəydi, Üçüncü Dünya Müharibəsi başlayacaqdı” fikirləri birmənalı qarşılanmayıb və geniş müzakirələrə səbəb olub. Bəs görəsən, Lukaşenkonun bu açıqlamasında həqiqət payı varmı?

KONKRET.az-a açıqlamasında Belarus prezidentinin fikirlərini şərh edən politoloq Rəşad Bayramov bildirib ki, Üçüncü Dünya Müharibəsi onsuzda başlayıb:

“Dünyanın müxtəlif yerlərində öz maraqlarını təmin etməyə çalışan ayrı-ayrı güclər davamlı şəkildə bir-birlərinə qarşı mübarizə aparmaqla bu müharibəyə çoxdan start veriblər. Konkret Rusiya-Ukrayna savaşına gəldikdə isə, faktiki olaraq dünyanın bütün aparıcı gücləri bu savaşda iştirak edir. Bu baxımdan “Bayden hakimiyyətdə qalsaydı dünya müharibəsi başlayacaqdı” demək elə də düzgün təsbih deyil. Bayden hakimiyyətdə qalsaydı nüvə müharibəsi ola bilərdimi? Buna da konkret cavab vermək çətindir. Trampın hakimiyyətə gəlişinin proseslərə təsirinə gəldikdə isə biz görürük ki, ABŞ Prezidenti müharibələri dayandıracağı ilə bağlı verdiyi vədlərdə səmimi deyil. Rusiya ilə Ukrayna müharibəsini dayandırıb, Yaxın Şərqdə İsraili gücləndirərək yeni savaşlara rəvac vermək, Çin və İran üzərinə fokuslanıb yeni münaqişələrin anonsunu etmək, eləcə də tariff siyasəti ilə Kanada, Meksika, Çin, Aİ ölkələri ilə ticarət müharibəsinə başlamağı dünyanın xilası kimi təqdim etmək yanlışdır”.

Ekspertin sözlərinə görə, indiki halda Trampın siyasəti heç kimin işinə yaramır:

“Tramp üçün əsas olan ABŞ-ın maraqlarıdır. Yəni indiki situasiya hər nə qədər Rusiyanın işinə yaramış kimi görünsə də, müharibənin dayandırılması, insan ölümünün qarşısının alınması Ukraynanın da işinə yarayır. Düzdür, ərazisinin 20 faizi işğal altında qalacaq bir ölkə üçün bu layiqli sülh olmasa da, amma ən azından insfrastrukturu bərpa etmək, toparlanmaq baxımından əhəmiyyətlidir. Tramp üçün isə əsas olan həm Rusiya, həm də Ukraynanın təbii ehtiyatlarına çıxış imkanı əldə etməkdir və görünən odur ki, ABŞ prezidenti buna da nail olacaq”.

Vəli Həsənoğlu,

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see285

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see265

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see194

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see148

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see137

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see136

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri