Ancelina Colinin iranlı “əkizi” İNANILMAZ BƏNZƏRLİK KONKRET
Icma.az bildirir, Konkret.az portalına istinadən.
Son vaxtlar sosial şəbəkələrdə diqqətləri öz üzərinə çəkən İran əsilli Kanada vətəndaşı Somayeh Sayahi daha çox Ramana Sayahi adı ilə tanınan aktrisa və modeldir. 1985-ci ilin oktyabr ayında Tehranda doğulan Sayahi uşaqlıqda ailəsi ilə birlikdə Kanadaya köçüb və orada təhsil alıb.
KONKRET.az xəbər verir ki, onun ən çox diqqət çəkən xüsusiyyətlərindən biri məşhur Hollivud aktrisası Ancelina Colie ilə olan inanılmaz bənzərliyidir. Bu oxşarlıq Sayahinin karyerasında ona əlavə diqqət və məşhurluq gətirib.
Sayahi 2018-ci ildə “Rhino Horn” filmində, 2021-ci ildə isə “The Detained” filmində rol alaraq aktrisalıq bacarıqlarını nümayiş etdirib.
Sosial şəbəkələrdə də aktiv olan Sayahi “İnstagram” və “Facebook” kimi platformalarda fəaliyyəti və gündəlik həyatı ilə bağlı aktiv paylaşımlar edir. Hazırda “İnstagram” hesabında 718 mindən çox izləyicisi olan xanım bir çox şirkətlərlə iş birliyi edir, müxtəlif reklamlara çəkilir.
Şəxsi həyatına gəldikdə, Sayahi İranlı reper Emir Tatalu ilə münasibəti ilə də tanınıb. Bu münasibət vaxtilə mediada geniş müzakirə olunub və onun şöhrətinə şöhrət qatıb.
Sayahi, ümumiyyətlə, məşhur şəxslərlə münasibət qurmağa üstünlük verib. Müsahibələrinin birində 14 dəfə rəsmi şəkildə evləndiyini qeyd edib. /Yenisabah.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















