Icma.az
close
up
RU
TRAMPIN GÖZ DİKDİYİ UKRAYNA YATAQLARI Keçi can hayında, qəssab nə axtarır?...

TRAMPIN GÖZ DİKDİYİ UKRAYNA YATAQLARI Keçi can hayında, qəssab nə axtarır?...

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Rəşid Fətəliyev,

AETN, akad. H.Ə. ad. Coğrafiya İnstitutu, geologiya-mineralogiya elmləri üzrə fəlsəfə doktoru, dosent.

Son zamanlar dünya mediasının ən çox danışılan mövzularından biri də ABŞ-nin Ukrayna faydalı qazıntı, xüsusən də nadir və nadir-torpaq metal yataqlarına sahib çıxmaq niyyətinin olmasıdır. Bəzi dünyaca məşhur media agentlikləri siyasi ekspertlərinin rəyinə görə, ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın üç ildir ki, davam edən Rusiya - Ukrayna müharibəsi ərzində Amerikanın Ukraynaya göstərdiyi 100 milyardlıq hərbi yardımın qarşılığı kimi bu yataqları Ukraynadan istəməsi, əslində Amerikanın Ukrayna iqtisadiyyatına tam nəzarəti ələ keçirmək planının olduğunu göstərir. Bu planı tezliklə gerçəkləşdirməyə çalışan Amerika tərəfi tələm-tələsik hazırladığı sazişi də Ukrayna tərəfinə təqdim etmiş, lakin hələlik yekun razılıq əldə olunmamış və saziş imzalanmamışdır, çünki sazişdə Ukraynanın təhlükəsizliyinə təminat məsələsi öz əksini tapmamışdır.

Məsələnin siyasi mahiyyətinin dərinliklərinə baş vurmayaraq, oxucular üçün maraqlı ola bilər deyə, Ukraynada nə kimi faydalı qazıntı yataqları mövcuddur, Trampı cəlb edən nadir və nadir torpaq-metal yataqları nə deməkdir və Ukrayna ərazisi bu cəhətdən nə kimi potensiala malikdir, bu kimi sualların cavabını araşdırmağa çalışaq.

Əvvəlcə onu qeyd edək ki, Ukrayna ərazisinə görə (603,6 min km2) Rusiyadan sonra Avropanın ən böyük ölkəsidir və mineral-xammal ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrindən biridir. Ukraynanın Geologiya və Yerin təki Xidmətinin məlumatına görə, ölkə ərazisində yerin təkində təxminən 117 növ faydalı qazıntının 20 mindən çox mineral yatağı və təzahürü aşkar edilmişdir. Onlardan 94 növə mənsub 8172 yataq sənaye əhəmiyyətinə malikdir və artıq 2828 yataq sənaye istismarına cəlb edilmişdir və bu istiqamətdə 2000 dağ-mədən və emal müəssisəsi fəaliyyət göstərir. Göstərilən rəqəmlər bu ölkənin nə qədər güclü mineral-xammal bazasına və gələcək iqtisadi yüksəliş üçün çox böyük potensiala malik olduğunu nümayiş etdirir. Görünür, Ukrayna üçün belə gələcəyin olması ehtimalı bir sıra ölkələri, o cümlədən Rusiyanı və Amerikanı qane etmir və o üzdən birisi bu ölkənin ərazisini, digəri isə iqtisadiyyatını işğal etmək niyyəti güdür.

Hər bir ölkənin maddi-rifah halı, hərbi gücü və qüdrəti ölkənin mineral-xammal ehtiyatları ilə zənginliyi, eləcə də həmin sərvətlərdən səmərəli və məqsədyönlü şəkildə istifadə etmək bacarığı ilə birbaşa əlaqədardır. Nəhəng və aqressiv bir ölkə ilə qonşu olmaqda bəxti gətirməyən Ukraynanın mineral təbii sərvətlər cəhətdən bəxti gətirsə də, digər bir nəhəng dövlətin bu sərvətlərə göz qoyması bu ölkənin parlaq gələcəyini sual altına qoymuş olur. Ukraynada demək olar ki, Mendeleyev cədvəlində məlum olan bütün kimyəvi elementlərə aid faydalı qazıntı yataqlarına rast gəlmək mümkündür. Burada yanar faydalı qazıntılardan neft, qaz, daş kömür, yanar şist yataqları; qara metallardan - dəmir, manqan, xrom; əlvan metallardan alüminium, mis, sink, qurğuşun, nikel, maqnezium, kobalt, titan, qalay və civə yataqları, qiymətli metallardan qızıl və gümüş; nadir metallardan vanadium, molibden, volfram, berillium, litium, sirkonium, hafnium, tantal, niobium, indium və germanium; həmçinin nadir-torpaq metallardan skandium, ittrium və lantanoidlər qrupu metal yataqları aşkar edilmişdir.

Manqan və germanium filizinin ehtiyatlarına görə Ukrayna MDB ölkələri arasında birinci, dəmir, daş kömür və bəzi nadir metal yataqlarının ehtiyatlarına görə isə ikinci yer tutur. Bunlarla bərabər, Ukrayna ərazisi mineral və termal su yataqlarının çeşid zənginliyinə, müalicəvi xüsusiyyətlərinə və ehtiyatlarına görə nəinki MDB, eləcə də Avropa ölkələri arasında öncül mövqe tutmaqdadır.

Aşağıdakı xəritədə Ukraynanın əsas faydalı qazıntı yataqlarının yayılma coğrafiyası öz əksini tapmışdır. Xəritədən göründüyü kimi, Ukraynanın Rusiya tərəfindən işğal olunmuş şərq və cənub bölgələrində (ümumi ərazinin 18%-i) zəngin neft-qaz, daş kömür, dəmir, manqan, titan, mis, sink, kükürd, daş duz və nadir metalların yataqları mövcuddur. İşğal olunmamış digər ərazilərdə isə, bütün bu növ mineral yataqlarla bərabər, alüminium, uran, qızıl, nadir-torpaq metalların yataqları yerləşir ki, bu yeraltı sərvətlərə də ABŞ sahiblənməkdə israrlıdır.

İndi baxaq, görək, media səhifələrində son vaxtlar tez-tez adı hallanan nadir və nadir-torpaq metallar nə deməkdir, onlar tanıdığımız ənənəvi faydalı qazıntılardan nə ilə fərqlənir və ABŞ-nin ikinci dəfə hakimiyyətə gəlmiş yeni Prezidenti Donald Tramp bu yataqları niyə ələ keçirməyə can atır?

Elmdə qəbul olunmuş şərti bölgüyə görə təxminən 60-dan çox element nadir, 17 element isə nadir-torpaq elementlər adlanır. Lakin nadir elementlərin böyük əksəriyyəti (50-si), nadir-torpaqların isə hamısı metal olduğundan onlara çox vaxt nadir metallar və nadir-torpaq metallar deyilir. Nadir və nadir-torpaq metallar termininin yaranması müəyyən tarixi dövrlə əlaqədardır, belə ki, bu elementlər təbiətdə, daha doğrusu Yer qabığında az yayıldığından (0,01%), təmiz şəkildə ilkin xammaldan çətinliklə alındığından və digərlərinə nisbətən daha sonralar aşkar edildiyindən onları nadir elementlər adlandırmışlar. Nadir-torpaq metallar isə çətin əriyən və suda demək olar ki, həll olmayan oksidlər əmələ gətirdiyi üçün 19-cu əsrdə onları “torpaq” adlandırmışlar. Əslində isə müasir dövrdə elmi-texnoloji inkişafla əlaqədar olaraq, nadir metalların bəziləri nadir sayılmaya və başqa kateqoriyaya aid edilə bilər, amma görünür oturuşmuş ənənəni dəyişmək məqbul sayılmır.

Bu metallar öz fiziki-kimyəvi xüsusiyyətlərinə, kristallik quruluşlarına, təmizlik dərəcəsinə görə müasir texnologiyaların, metallurgiya və kimya sənayesini çox vacib elementləri hesab edilir, nadir olduqları üçün dünya bazarında qiymətləri də bahadır. Nadir-torpaq metallara təbiətdə adətən birlikdə rast gəlinir və bəzən yanakı komponent qismində uran və torium elementləri də iştirak edir. Məsələn, monasit və evksenit adlı zəif radioaktiv minerallarda olduğu kimi. Ümumiyyətlə, 250-dən artıq mineralda nadir-torpaq elementlərə rast gəlinsə də, onlardan cəmi 60-65-i nadir-torpaq minerallara aid edilə bilər.

Yüksək sərtlik, istiliyə və korroziyaya davamlılıq, maqnitlik və s. nadir xüsusiyyətlərinə görə nadir və nadir-torpaq metalları sənayenin bir çox sahələri, o cümlədən radioelektronika, cihazqayırma, maşınqayırma, kimya, metallurgiya və s. sənaye sahələri üçün əvəzolunmaz metallardır. Bu metallar həm də neft sənayesində katalizator kimi, xüsusi polad və xəlitələrin alınmasında, partladıcı maddələrin hazırlanmasında, şüşə sənayesində və s. sahələrdə geniş tətbiq edilir.

Nadir-torpaq metalların (NTM) dünyada ən çox istehsalçısı ötən əsrin 90-cı illərinə qədər ABŞ olsa da, sonralar liderliyi Çin ələ almışdır. Belə ki, 2007-2008-ci illərdə dünyada istehsal olunan 124 min ton NTM-ın 120 min tonu bu ölkədə hasil olunmuşdur. Çin həm də bu metalların ehtiyatlarına görə dünyada liderdir – 89 mln. ton, ABŞ-nin mineral ehtiyatları cəmi 14 mln. ton təşkil edir.

Verified Market Research (VMR) şirkətinin icmalına görə 2023-cü ildə NTM-in dünya bazarında həcmi 4,84 mln. ABŞ dolları təşkil etmiş və 2030-cu ildə 10,78 mln. ABŞ dollarına qədər arta bilər. Research and Markets tədqiqat şirkətinin məlumatlarına görə isə 2023-cü ildə bu bazarın həcmi 7,05 ABŞ dolları olmuş və 2028-ci ildə 9,38 ABŞ dollarına qədər yüksələcəkdir. NTM bazarının böyük hissəsinə Çin nəzarət edir, belə ki, 2023-cü ildə dünyada istehsal olunan 350 min ton NTM-in 240 min tonu, yəni 69 %-i bu ölkənin payına düşür.

Göründüyü kim, Çinin bir çox nadir və bütövlükdə nadir-torpaq metalların istehsalı üzrə dünya liderinə çevrilməsi və yaxın gələcəkdə mühüm sənaye sahələrində hakim mövqe tutacağı perspektivi ABŞ-ni narahat etməyə bilməz. O üzdən Ukraynanın düşdüyü bu ağır durumdan Ağ Ev öz mənfəəti üçün maksimum faydalanmağı düşünür və tezliklə bu ölkənin mineral sərvətləri üzrə cazişin imzalanmasına çalışır. “Financial Times” qəzetinin və “Bloomberg” və “Reuters” agentliklərinin yazdığına görə, artıq qısa müddətdə bir neçə variantda işlənilən mineral resurslar üzrə Amerikanın hazırladığı bu saziş layihəsi Ukraynanın, nəinki nadir və NTM, eləcə də neft və qaz da daxil olmaqla bütün faydalı qazıntı yataqlarının və həm də onlarla bağlı infrastruktura qoyulan investisiyaların üzərində tam nəzarətə sahib olmağı hədəfə alır və həmin saziş layihəsində Ukraynanın təhlükəsizliyini təminat verən, demək olar ki, heç bir müddəa yoxdur.

Bu halda demişlər ki, "keçi can hayında, qəssab piy axtarır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 08 Aprel 2025 08:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1221

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see188

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see147

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see123

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see113

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see110

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri