Trampın həmin qərarına qarşı məhkəməyə müraciət etdilər
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
CNN teleşirkəti, MS NOW telekanalı və “Politico” nəşri jurnalistlərinin Ağ Evə girişini bərpa etmək məqsədilə ABŞ Prezidenti Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırıblar.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə mətbuat orqanlarının birgə bəyanatında deyilir.
Bildirilir ki, bu iddia ABŞ Konstitusiyasının mətbuat azadlığını təmin edən birinci düzəlişinə əsaslanır. Üç mətbuat təşkilatı öz hüquqlarını və dövlətin mətbuatın nə dərc etdiyinə qərar verməməsi prinsipini müdafiə etmək üçün hökumətə qarşı iddia qaldırılması barədə bildiriş göndərdiklərini bəyan ediblər:
“Ağ Ev xəbərdarlıq etmədən və nəzərdə tutulmuş prosedura riayət etmədən jurnalistlərimizin akkreditasiyalarını ləğv edib. Əgər buna etiraz edilməzsə, bu, mətbuat azadlığına və ictimaiyyətin dövlət müdaxiləsindən azad, müstəqil jurnalistikaya olan hüququna təhdid yaradır”.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp CNN, MSNBC və “Politico”nun jurnalistlərinin Ağ Evə girişini qadağan edib. Tramp sözügedən mətbuat orqanlarını administrasiya haqqında yalan məlumatlar yaymaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 21 Sentyabr 2026 17:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















