Icma.az
close
up
RU
Trampın iddia irəli sürdüyü ölkədən geri addım: Güzəştə gedirlər

Trampın iddia irəli sürdüyü ölkədən geri addım: Güzəştə gedirlər

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Dövlət katibi Marko Rubio Latın Amerikası səfərinə Panamadan başlayıb. Bu, səbəbsiz deyil. Panama kanalı Ağ Evin yeni sahibi Donald Trampın əsas mövzularından biridir. Onun fikrincə, vaxtilə ABŞ-nin inşa etdiyi və nəzarətdə saxladığı kanal ədalətsiz olaraq Panama dövlətinə təhvil verilib və bu “səhv” düzəldilməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin təhlilində deyilir.

Məqalədə qeyd olunur ki, Rubio Panamadakı görüşlərə məhz bu mövzunun müzakirəsindən başlayıb:

“Panama Prezidenti Xose Raul Mulino Trampın təklifinin əleyhinə çıxsa da, Vaşinqtonla ortaq məxrəcə gəlmək istəyini gizlətməyib. Başqa cür olması da çətindir. ABŞ sanksiyaları kiçik Panamanı taqətsiz hala sala bilər.

Bəs Panamanın güzəşti nə ola bilər? Trampın kanalla bağlı iddiası belədir ki, Çin Amerikanın lap yaxınlığındakı ölkənin nəqliyyat xəttini az qala monopoliyaya götürüb. Söhbət Çinin Panama iqtisadiyyatına yatırdığı böyük investisiyalardan və iki Çin şirkətinin kanal sahilindəki iki böyük limanı nəzarətə götürməsindən gedir. Tramp Çinin Atlantik və Sakit okeanları birləşdirən mühüm ticarət yolu olan Panama kanalına nəzarət etdiyini iddia edib. Ağ Ev sahibi hesab edir ki, Çinin Panamaya artan yatırımları Pekinin bu ölkəyə təzyiqinin artmasıyla nəticələnib. Yəni Panama Çinin yatırımlarından asılı vəziyyətə düşdüyünə görə, Pekinin müxtəlif tələblərini yerinə yetirmək məcburiyyətindədir. Panamanın Vaşinqtona güzəşti həmin iki limanı Çin şirkətlərinin idarəsindən imtinası ola bilər.

ABŞ dövlət katibi ilə Panama Prezidenti arasında söhbət qapalı şəraitdə keçirilib və mətbuata açıqlama verilməyib. Bunun özü onu göstərir ki, tərəflər kanal və Çinin bu kanal ətrafındakı limanlara sahiblənməsi mövzusunu geniş müzakirə ediblər. Aydındır ki, bu məsələlər qısa müddətdə həll olunmayacaq, dialoq davam edəcək. Ancaq orası da aydındır ki, Panama Prezidenti amerikalı həmkarını çox gözlədərsə və ya Vaşinqtonun təkliflərindən imtina edərsə, sanksiyalarla üzləşəcək. Buna baxmayaraq, Vaşinqtonun hərbi yolla Panama kanalını ələ keçirmək kimi planı yoxdur. Vaşinqton diplomatik və sanksiyalar vasitəsilə Panamaya təzyiq edəcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 03 Fevral 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri