Icma.az
close
up
RU
Trampın iddiası Panama kanalından istifadə edən ölkələrdə

Trampın iddiası Panama kanalından istifadə edən ölkələrdə

Azvision saytına istinadən Icma.az xəbər verir.

Mövzu ilə bağlı danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Tramp ötən prezidentliyi dövründə də Qrenlandiyanı tələb etmişdi:
"Bu səbəbdən Danimarka-ABŞ münasibətləri gərginləşmişdi. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Heç bir ölkə Amerikanın istəyi ilə ərazisindən imtina etməz. Trampın növbəti hədəfi Panama olub. Foto paylaşımında “ABŞ-yə xoş gəldin, kanal” yazan Ağ Evin yeni sahibi bu dəfə Panama kanalına iddiasını ortaya qoyub. Tramp bu sürətlə getsə cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb. Amerikanın ən böyük ştatı Texas vaxtilə Mekskiaya məxsus olub.
1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti 10 il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərəsində ABŞ vətəndaşları da olub. Kanal uzun illər ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə, kanal 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalının istifadəsinə görə, hər il milyardlarla dollar qazanır. Bu Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-nin yeni Prezidenti kanalın Panamaya təhvil verilməsini Vaşinqtonun səhv qərarı adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalının istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib".
Tramp Kanadanı ABŞ-yə birləşməyə şirnikləndirir Politoloq qeyd edib ki, Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub:
"Hazırda ABŞ-lə Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-nin nəzarətinə keçsə, kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub.
Bundan başqa Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Çin ayrıca, Panama dövlətinə 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-nin nəzarətinə keçəcəyi halda bu Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanalı sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq".
Həmidə İbrahimova
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://azvision.az
archiveBu xəbər 27 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri