Icma.az
close
up
RU
Trampın iddiasını qəbul etdi: 24,5 milyon dollar ödəyəcək

Trampın iddiasını qəbul etdi: 24,5 milyon dollar ödəyəcək

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“YouTube” ABŞ Prezidenti Donald Trampın şirkətə qarşı açdığı iddianı həll etmək üçün 24,5 milyon dollar ödəməyi qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, razılaşma “YouTube”-un sahibi olan “Alphabet” şirkəti tərəfindən həyata keçirilib. Daha əvvəl “X” və “Facebook” da Trampa ödəniş etməyi qəbul etmişdi.

“Meta” yanvar ayında 25 milyon dollarlıq bir razılaşmaya imza atmış, bu məbləğin 22 milyon dolları Trampın prezidentlik kitabxanasına yönləndirilmişdi.

Fevral ayında isə, 2022-ci ildə Trumpın müttəfiqi İlon Mask tərəfindən satın alınan “X” platformu təxminən 10 milyon dollar ödəməyi qəbul etmişdi.

“YouTube”-un razılaşma çərçivəsində 22 milyon dolları Ağ Evdə yeni bir bal zalı inşa etməyi hədəfləyən Milli Mall Fonduna yönləndirəcəyi, qalan 2,5 milyon dolların isə Trampın məhkəmə işinə qatılan Amerika Mühafizəkarlar Birliyi kimi qurum və şəxslərə ödənəcəyi bildirilib.

Tramp sosial media şirkətlərini mühafizəkar səsləri senzura etməkdə ittiham etmişdi.

Platformalar isə Trumpın zorakılığı təşviq etmə riski daşıdığını müdafiə etmişdi. Lakin Trampın bütün sosial media hesabları yenidən aktivləşdirilib.

Mütəxəssislərə görə, Silikon Vadisinin Trampa qarşı mövqeyi daha yumşaq bir xəttə yönəlmişdir. “Alphabet”, “Meta” və “X” rəhbərlərinin Trampın andiçmə mərasimində ön sırada oturması, texnologiya nəhəngləri ilə Respublikaçılar Partiyası arasında yeni bir dövrün başladığını göstərir.

Son dövrlərdə sosial media platformaları məzmun nəzarətində yumşalmağa başlayıb. Respublikaçılar bu nəzarətlərin ifadə azadlığını pozduğunu iddia edirdilər.

Keçən həftə “YouTube”, 2020 seçkiləri və COVID-19 haqqında yanlış iddialar səbəbilə qadağan edilmiş bəzi hesabların yenidən açılacağını açıqladı.

““YouTube” mühafizəkar səslərin platformadakı əhəmiyyətini qəbul edir və bu şəxslərin ictimai müzakirələrdə oynadığı rolu təqdir edir” ifadəsi şirkətin Konqresə göndərdiyi açıqlamada yer alıb.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Sentyabr 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri