Icma.az
close
up
RU
“Trampın İslam ölkələri ilə görüşdə Ərdoğanı öz yanında oturtması da mühüm mesaj ehtiva edirdi...” ANALİTİK

“Trampın İslam ölkələri ilə görüşdə Ərdoğanı öz yanında oturtması da mühüm mesaj ehtiva edirdi...” ANALİTİK

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Təsadüfi deyil ki, Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi “MI6”-nın rəhbəri Riçard Mur vəzifəsini Londonda yox, İstanbulda öz xələfinə təhvil verdi. Bu əslində çox mühüm mesaj idi...”

“Məlumdur ki, son 6 ildə Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Ağ evdə qarşılanmamışdı. Türkiyə ilə ABŞ arasında soyuq küləklər əsirdi. Dünyanın super gücünün qapı-bacalarını Türkiyəyə bağlaması yeni dünya düzəninin formalaşdığı indiki zamanda qardaş ölkə üçün ciddi təhdidlər meydana gətirirdi. Xüsusilə də ABŞ-ın xarici siyasətində böyük təsirləri olan yəhudi, yunan və erməni lobbilərinin qardaş ölkəyə qarşı birləşdiyi bir zamanda Ərdoğanın Tramp tərəfindən böyük ehtiramla qarşılanması Türkiyə əleyhdarı qüvvələrdə ciddi moral çöküntüsü yaradacaq. 

Bundan əlavə, məlum görüşdən sonra ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların da ortadan qaldırılması ehtimalı güclənir. Baxmayaraq ki, ABŞ-ın qanunverici orqanları hələ də Türkiyə əleyhdarı lobbilərin təsiri altındadır, Ərdoğanın Trampla münasibətləri sahmana salması sözügedən əngəlin aşılmasında da mühüm rol oynaya bilər”. 

Siyasi şərhçi Heydər Oğuz bu fikirləri Moderator.az əməkdaşının “Ərdoğanın Trampla görüşü Türkiyə üçün real olaraq nələr qazandırdı?” sualını cavablandırarkən ifadə edib.

“Türkiyə-ABŞ münasibətlərinin bərpa olunması Vaşinqtonun bu zamana qədər qardaş ölkəyə qarşı kart kimi istifadə etdiyi “PKK” probleminin tamamilə çözülməsinə kömək göstərəcək. Artıq Suriyada fəaliyyət göstərən və ABŞ-ın “strateji müttəfiqi” sayılan “YPG/PYD/PKK” güclərinə bu ilin sonuna qədər özünü buraxmaq və Əşara hökumətinə inteqrasiya olunmaq möhləti verildiyi barədə məlumatlar dolaşır. Əks halda, Türkiyənin bu qüvvələrə qarşı hərəkətə keçəcəyi gözlənilir. Türkiyə bu problemi həll edərsə, daha güclü hala gələcək və xarici kapitalı özünə daha rahat cəlb edə biləcək”, -deyə davamında şərhçi diqqətə çatdırıb.

Heydər Oğuz hesab edir ki, ABŞ-la yaxın münasibətlər Türkiyəni Şərqlə Qərbi birləşdirən sarsılmaz körpüyə çevirəcək. 

“Faktiki olaraq dünyanın əsas mərkəzlərindən biri halına gələn Türkiyə Yaxın Şərqi, Cənubi Qafqazı, Mərkəzi və Cənub-Şərqi Asiyanı öz ətrafında birləşdirən geo-siyasi qütb kimi fəaliyyət göstərmək imkanı qazanacaq. Türkiyənin bu qədər mühüm funksiyanı həyata keçirmək üçün olduqca ciddi imkanları var. Ən mühüm avantajı isə yumşaq gücüdür. Cənubi Qafqazdan Qırğızıstana qədər uzanan Türk coğrafiyasında Türkiyənin mövqeyi bəllidir. Eyni şəkildə Fələstindən İndoneziyaya qədər İslam coğrafiyasında da Türkiyənin nüfuzu günü-gündən güclənir. ABŞ səfərindən əvvəl Türkiyəyə səfər edən Pakistan və İndoneziya liderlərinin verdikləri bəyanatlar da bunu təsdiqləyir. Ən əsası isə ABŞ və Böyük Britaniya da regionda Çinin təsirlərini azaltmaq üçün Türkiyənin yeni qütbə çevrilməsində maraqlı görünürlər. Təsadüfi deyil ki, Böyük Britaniyanın xarici kəşfiyyat idarəsi “MI6”-nın rəhbəri Riçard Mur vəzifəsini Londonda yox, İstanbulda öz xələfinə təhvil verdi. Bu əslində çox mühüm mesaj idi. Sanki “MI6” bu təhvil-təslim mərasimi ilə İstanbulu özünün ikinci paytaxtı elan etdi. Eyni zamanda ABŞ prezidenti Trampın BMT Baş Assambleyasının 80-ci toplantısında İslam ölkələri ilə keçirdiyi görüşdə Ərdoğanı öz yanında oturtması da mühüm mesaj ehtiva edirdi. Fikrimcə, bu mesajlar səbəbsiz deyildi. London da, Vaşinqton da təkcə regionda deyil, ümumiyyətlə, dünyada Türkiyəsiz hərəkət edə bilməyəcəklərini anlayıb qardaş ölkə ilə müttəfiqlik əlaqələrini gücləndirirlər. Geo-siyasi təsir dairəsi parçalanması gözlənilən yeni dünya düzənində mühüm qütblərdən biri kimi meydana çıxması Türkiyəyə böyük avantajlar qazandıracaq”, -deyə həmsöhbətimiz bildirib. 

“Yeri gəlmişkən qeyd etmək istərdim ki, köhnə dünya düzəninin Türkiyə qarşısında formalaşdırdığı geo-siyasi əngəllər də bir-bir aradan qaldırılır. Belə geo-siyasi əngəllərdən biri Ermənistan, digəri isə İran idi. İndi Ermənistan get-gedə Türkiyənin peykinə çevrilir və Rusiya ilə münasibətləri sonlandırmağa çalışan Paşinyan hakimiyyəti bunu xüsusi qürur hissi ilə dünyaya car çəkir. İranda son zamanlar yaşanan proseslər də onu Türkiyəyə sığınmağa vadar edir”, - Heydər Oğuz yekunlaşdırıb.

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 01 Oktyabr 2025 11:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see234

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see229

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see217

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see183

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see181

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see159

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see159

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see145

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see141

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see139

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see139

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see135

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see134

Natan Ake “Vest Hem”ə keçməkdən imtina edib

01 Yanvar 2026 01:17see134

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see133

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see130

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri