Icma.az
close
up
RU
TRAMPIN İSRAİLLƏ BAĞLI “AT GEDİŞİ”... Və ya ABŞ Prezidenti Netanyahunun amansız qətliamlarını niyə dəstəkləyir?

TRAMPIN İSRAİLLƏ BAĞLI “AT GEDİŞİ”... Və ya ABŞ Prezidenti Netanyahunun amansız qətliamlarını niyə dəstəkləyir?

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dünya yəhudiliyi ikiyə parçalanmış durumda – Hər yerdə misli görünməmiş yəhudi düşmənçiliyi vüsət almaqdadır

Namiq Bilal

Bütün dünya, sözün tam mənasında, İsrailin üzərinə yeriyir. Sual yaranır: qlobal miqyasda hədsiz böyük gücə sahib olan yəhudi faktoru harada qalıb ki, İsrail belə böyük təzyiqlə üz-üzədir? İlk baxışda çətin görünən bu sualın cavabı əslində xeyli sadədir: dünya yəhudiliyi iki böyük qrupa parçalanıb. Bir qədər ümumiləşdirərək bu qrupları belə ifadə etmək olar:

Birinci qrup sionistlərdir. Onlar Nil çayından Türkiyənin cənub-şərqinə qədər uzanan geniş ərazilərdə – “Vəd olunmuş torpaqlarda” Böyük İsrail dövlətinin qurulmasına çalışırlar. Netanyahu həmin qrupun təmsilçisidir. Bu anlayış yəhudi toplumuna “Eres İsrael” kimi təqdim olunur.

İkinci qrup isə liberal qlobalçılardır. Onlar dünya üzərində təsir gücünü daha da artırmağa çalışırlar. Bu qrupu yönləndirənlər – başda ABŞ-ın Federal Rezerv Sistemi (FED) olmaqla, 40-a yaxın dövlətin mərkəzi bankını öz təsir dairəsində saxlayan yəhudi ailələridir. İngiltərə, Almaniya, Rusiya, Çin, Türkiyə, Fransa və digər ən önəmli dövlətlərin mərkəzi bankları maliyyə-kredit sisteminin əsas istiqamətlərini bu ailələrlə uzlaşdırmaq zorundadırlar. Dövlətlər böyük ailələrin razılığı olmadan öz mərkəzi banklarına rəhbər təyin edə bilməzlər. Başqa sözlə, yəhudi toplumunun liberal-qlobalçı qanadı maliyyə sistemi vasitəsilə dünyanın çox əhəmiyyətli hissəsi üzərində ciddi nəzarət mexanizmi yarada bilib.

Sionistlər nəyin bahasına olursa-olsun Böyük İsraili yaratmağa çalışırlar. Gücləri yetmir, amma gələcək İsrail torpaqları kimi gördükləri Fələstin, Livan, Suriya kimi qonşuları ilə açıq konfliktdədirlər. Qlobalçılar isə “Eres İsrael” ideyasını qəbul etməsələr də, son dövrlərə qədər İsrail dövlətinin bu yöndəki çalışmalarına nisbətən təmkinlə yanaşırdılar.


HƏMAS-ın 7 oktyabr terroru məsələni kökündən dəyişdi. Əslində terror aktının özü beynəlxalq imic baxımından həm sionistlərin, həm də qlobalçı yəhudilərin lehinə işləyirdi. Lakin Netanyahu hökumətinin terrora hədsiz böyük qətliamlarla cavab verməsi işi tərsinə çevirdi. Ağına-bozuna baxmadan şəhərləri ağır aviazərbələrlə yerlə-yeksan etmək, on minlərlə günahsız insanı qətlə yetirmək bütün dünyanı İsrail düşməni etdi.

Məsələ yalnız İsraillə bitmir. Bütün dünya yəhudiləri Netanyahunun aviazərbələrinin “qurbanına” çevrilirlər. Hər yerdə misli görünməmiş yəhudi düşmənçiliyi vüsət almaqdadır. Dünyanın müxtəlif ölkələrində istirahətə gələn yəhudi hərbçiləri həbs olunur, hətta avropalılar yəhudi turistləri otellərdən qovurlar.


Antiyəhudi dalğası, heç şübhəsiz, dünya idarəçiliyini möhkəmləndirməyə çalışan qlobalçı yəhudilərdən də yan keçmir. Sionistlərin qətliamları dünya ictimai rəyini yəhudiliyə qarşı çevirirsə, bu təzyiq qlobalçı yəhudilərə qarşı da yönəlir.

Qlobalçıların sionistlərə yanaşması təxminən belədir: “Dünyanın çox kiçik bir hissəsini ələ keçirməyə çalışırsınız, amma bizim bütün dünya üzərindəki təsir gücümüzü baltalayırsınız.”


Başqa sözlə, dünya yəhudiliyinin daxilində sionist cinahla qlobalçı cinah arasında çox dərin uçurum yaranıb. Maraqlar toqquşur və tərəflərdən heç biri geri addım atacaq kimi görünmür. Sionistlərin hər addımı antiyəhudi ovqatını gücləndirir və qlobalçılar bunun qarşısını almaq məcburiyyətində qalırlar.

Bu kontekstdən yanaşdıqda, qlobalçıların təsir dairəsində olan Avropa dövlətlərinin və Çinin sərt anti-İsrail tutumunun mahiyyəti anlaşılır. İngiltərə, Fransa, Hollandiya, İspaniya, Çin və digər dövlətlər İsrail əleyhdarı və Fələstin tərəfdarı kimi çıxış edirlər. Aydındır ki, bu dövlətlərin anti-İsrail tutumunun arxasında müsəlman Fələstinlə bağlı sevgi dayanmır. Belə dövlətlərin əksəriyyətində anti-İslam ideyaları geniş yayılıb. Onların anti-İsrail siyasətinin əsl səbəbi odur ki, qlobalçı yəhudilər sionist İsraili cilovlamaq, qanuni sərhədlər çərçivəsinə qaytarmaq üçün çaba göstərirlər.

Bu səbəbdən qlobalçıların nəzarətində olan beynəlxalq təşkilatlar və media qurumları sionistlərin üzərinə ayaq açır. Qlobalçılarla birgə hərəkət edən Avropa dövlətlərində yüz minlərlə insan küçələrə çıxarılır, dövlətlər İsrailə qarşı təzyiq və sanksiya mexanizmlərini işə salırlar. Qlobalçı mediyada yayılan əhval-ruhiyyəyə görə, hətta İsrail dövlətinin xəritədən silinməsi də mümkün variantlar arasındadır.

Gələk ABŞ Prezidenti Donald Trampın Netanyahu və sionist İsrailə verdiyi dəstəyə. Tramp və komandasının həqiqi niyyətlərini bilmirik. Amma ortalıqda, şahmat termini ilə desək, bir “at gedişi” məsələsi var. Tramp açıq şəkildə bəyan edir ki, Birləşmiş Ştatları qlobalçıların toxuduğu dərin dövlətdən, FED-i isə yəhudi ailələrinin caynağından xilas etməyə çalışır. Tramp və komandası gözəl anlayır ki, sionistlərin amansız qətliamları bütün dünyanı yəhudi faktoruna qarşı – deməli, həm də qlobalçı yəhudi ailələrinə qarşı ayaqlandırır. Bu qətliamlar nə qədər uzun müddət davam edəcəksə, dünya yəhudiliyinin hər iki qanadı o qədər böyük zərbə alacaq.

Qısası, İsraili bütün növ silahlarla təmin edən və Netanyahunu qeyd-şərtsiz dəstəkləyən Tramp yəhudi faktoru ilə bağlı ikili qazanc əldə edir. O, bir tərəfdən ABŞ siyasətinə ciddi sirayət etmiş sionist lobbinin dəstəyini qazanır, digər tərəfdən isə bütün dünyada vüsət alan antiyəhudi alovunu körükləyir və yenməyə çalışdığı qlobalçı yəhudiləri zəiflədir.

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 29 Sentyabr 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see297

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see206

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see205

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see176

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see176

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see168

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see155

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see144

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see141

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see139

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see139

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see137

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see136

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see134

Sarayevoda insan ovu QALMAQALI: İtalyanlara qarşı istintaq başladılıb

12 Noyabr 2025 17:12see133

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see133

Rahid Əmirquliyev: Millimiz İslandiya ilə Bakıdakı matçda revanş ala bilər

12 Noyabr 2025 18:16see128

Oğlan, yoxsa qız... Uşağın cinsiyyətini planlamaq olarmı? SORĞU

12 Noyabr 2025 17:15see128

Yol qəzasında ölən jurnalist keçmiş məmurun övladıdır

13 Noyabr 2025 18:14see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri