Icma.az
close
up
RU
Trampın “Kökə və Qamçı” Yanaşması: Yaxın zamanlarda gözləntilər nədir? Rəy

Trampın “Kökə və Qamçı” Yanaşması: Yaxın zamanlarda gözləntilər nədir? Rəy

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamaları yenidən beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Trampın sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə razılığa gəlməlidir, əks halda, Rusiya daha böyük problemlərlə üzləşə bilər. Tramp, hətta Putini "Rusiyanı məhv etməkdə" ittiham edib. Trampın açıqlamaları beynəlxalq siyasətdəki mövcud dinamikaya yeni suallar əlavə edir və qarşıdakı hadisələrin istiqamətini dəyişdirə bilər.

Bəs Putin həqiqətən də razılaşmaya gedəcəkmi? Bu, onun və Rusiya üçün məğlubiyyət anlamına gəlirmi? Əgər razılıq əldə olunarsa, bu, daha çox Rusiyanın, yoxsa Ukraynanın maraqlarına xidmət edəcək? 

Bu barədə Moderator.az-a danışan poltoloq Sultan Zahidov deyir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp hazırda Rusiya-Ukrayna müharibəsi ilə bağlı “kökə və qamçı” siyasətini yürüdür:

“Bu siyasətin mahiyyəti, bir tərəfdən Rusiyanı danışıqlar masasına cəlb etmək üçün müəyyən güzəştlər təklif etmək, digər tərəfdən isə sərt təzyiqlər göstərməkdir. Tramp bir tərəfdən, Rusiya üçün cazibədar görünən təkliflər irəli sürür, məsələn, müharibəni dayandırmağa və Ukraynanın NATO-ya daxil olmamasını təmin etməyə çalışacağını deyir. Digər tərəfdən isə xəbərdarlıq edir ki, əgər Rusiya danışıqlara gəlməsə, sanksiyaların tətbiqi və Ukraynaya göndərilən hərbi sursatların miqdarının artırılması kimi ciddi tədbirlər görülə bilər. Tramp və komandası bu müharibəni qısa zamanda bitirmək istəyir. Lakin bunun qarşısında duran əsas maneələr tərəflərin mövqelərinin bir-birindən kəskin şəkildə fərqli olmasıdır. Putin uzunmüddətli sülh sazişi tələb edir və bu sazişdə Ukraynanın hərbi kontingentinin azaldılmasını, heç vaxt NATO-ya daxil olmamasını, həmçinin cəbhədəki reallıqları qəbul etməsini istəyir. Cəbhədəki reallıqlara görə, Ukraynanın Krım, Zaporojye, Donetsk, Luqansk və Xerson bölgələrinin Rusiya əraziləri kimi tanınması lazımdır. Bu isə Ukrayna üçün qəbuledilməz şərtlərdir. Digər tərəfdən, Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, hər hansı atəşkəs sazişi yalnız Ukraynaya ən azı 200 minlik Avropa qoşununun yeridilməsi şərti ilə mümkündür. Lakin bu təklif Avropada razılıq əldə etməkdə çətinliklər yaradır. Hazırkı durumda tərəflər arasında mövqelər o qədər ziddiyyətlidir ki, danışıqlar masasına oturmaq ehtimalı azdır. Qısa müddətdə, məsələn, yaxın bir-iki həftədə Putinlə Tramp arasında telefon danışığı baş tuta bilər. Lakin üzbəüz görüşün baş verməsi real görünmür. Digər tərəfdən, Rusiya Donbasda müəyyən əraziləri daha da ələ keçirmək istiqamətində irəliləyir və bu şəraitdə atəşkəs imzalanması Putini qane etmir”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Yanvar 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri